Allah anaları qorusun!

Allah anaları qorusun!
Qadın dünyası
10.09.2017 22
Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun səsidir. Bəlkə də ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər qanadlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə "Ana vətən" adlandırırlar.

Şifahi xalq ədəbiyyatında, folklor nümunələrində, dastanlarda, bayatılarda, el nəğmələrində ana olduqca müqəddəs bir varlıq kimi vəsf olunub.

Təsadüfi deyildir ki, analara ən yüksək qiyməti də Məhəmməd peyğəmbər (s.ə.s.) verib: "Cənnət anaların ayaqları altındadır".

Ana haqqında atalar sözləri də çoxdur. Bu müdrik fikirlərin məna çalarlarına diqqət yetirdikdə həyatın bütün rəngləri göz önündə canlanır: "Ana qəlbi kövrək olar", "Ana ürəyi, dağ çiçəyi", "Ana səbri böyükdür", "Ana qəlbinə toxunmaq olmaz", "Ana haqqı, Tanrı haqqı", "Anadan artıq yavər olmaz", "Analı qızın işi görünər, anasız qızın dişi", "Analı qızın özü böyüyər, anasız qızın sözü". Hətta biri bəladan, ölümdən, qəzadan qurtulanda deyərlər: "Anası namaz üstə imiş".Allah Analari qorusun ..Aminскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!