Qızların ən böyük arzusu: Ağ libas geyinmək

Qızların ən böyük arzusu: Ağ libas geyinmək
Qadın dünyası
10.09.2017 63
[/center]
[center]

Məlumdur ki, kişilər ailə qurmaq məsələsində qadınlardan daha ehtiyatlıdırlar. Bəzən sevgiliniz sizi dünyalar qədər sevsə belə, evlilik haqqında düşünmür və ya düşünmək istəmir. Qızların isə həyatda ən böyük arzusu ağ libasda, sevdiyi insanla qol-qola vağzalı sədaları altında ata evini tərk etməkdir.ANS PRESS "Aysel" jurnalına istinadla ərə getməyin 7 üsulunu açıqlayır. Bu məsələdə ən vacibi diqqətli olmaq və özünü düzgün aparmaqdır.  Ananın gül balasıƏgər sevgiliniz ananın gül balasıdırsa, müvəffəqiyyət qazanmaq üçün sizə yalnız onun valideynlərilə tanış olmaq lazımdır, xüsusən də anasının ürəyini fəth etməyə çalışın. Tanışlığa ciddi hazırlıq görmək məsləhətdir. Əvvəlcədən onun necə xasiyyətdə olduğunu və nələr sevdiyini öyrənmək vacibdir.Əlçatmaz olun Yadda saxlayın ki, kişilər bir şeyi nə qədər tez əldə edərsə, o qədər tez həvəsi keçər. Odur ki, hərdən onunla soyuq davranın, zəng etdikdə dəstəyi götürməyin, ya da gec götürün. Qoy sizin yoxluğunuzu hiss etsin. Amma həddi aşmayın. Bir gün mehriban, yumşaq olanda, səhəri gün soyuq və təmkinli olmağa çalışın. Onun dostuna çevrilinAdətən kişilər tanıdığı qadınla ailə qurmaq istəyir. Hərdən ona qadın yox, sadəcə yoldaş, dost lazımdır. Onu dinləməyi öyrənin, problemləri haqqında soruşun və lazım gəlsə, dəyərli məsləhətlər verin. Çalışın o sizə öyrəşsin.Ən tərbiyəli, ən etibarlıOnun inandırın ki, dünyada sizdən tərbiyəli və etibarlı qadın yoxdur. Hər kişi istəyir ki, onun xanımı təkcə ona baxsın, təkcə onu sevsin və hər zaman ona pərəstiş etsin. Burada bir məqam var, sizin keçmiş sevgililəriniz. Onlar haqqında danışmaq lazım deyil.BiclikBu ən çox yayılan və qızların istifadə etdikləri variantlardan biridir, xüsusən də Azərbaycanda. Hər gün olmasa da, hərdən sevgilinizin yanında sizə hansısa bir oğlanın elçi göndərdiyini xəbər verin. Amma bunu edərkən bir az qəmli görünməyə çalışın. Sanki bu hadisə sizi kədərləndirir və valideynləriniz sizi bu addımı atmağa məcbur edir. Tam sakitlikYadda saxlayın ki, kişilər sakitliyi xoşlayır. Onların həyatı onsuz da çətindir, iş, ev, problemlər onu daha da çətinləşdirir. Öz problemləriniz haqqında çalışın danışmayasınız, bundan əlavə, heç vaxt sərt olmayın. Kişilər hər zaman nəvaziş istəyir. Mən səni sevirəm Mən səni sevirəm və bütün həyatımı sənə həsr etmək istəyirəm. Əgər onunla ömür boyu yaşamaq istəyirsinizsə və hər nazını çəkməyə hazırsınızsa, bunu söyləmək yetərlidir. Çünki kişilər qadında ən çox səmimiyyətə üstünlük verir və uşaq kimi əzizlənməyi xoşlayırlar. Ən önəmlisi də odur ki, «hə» cavabını aldıqda toya hazırlıq barədə bir neçə gün danışmayın və ya çalışın xırda məsələləri özünüz həll edəsiniz. Kişiləri evlilikdən saxlayan səbəblərdən biri məhz xırda problemləri həll etməkdir. Onlar adilikdən, günlərin mənasız keçməsindən qorxur. Adətən evli dostlar subay dostlara «Ağlın varsa evlənmə!» deyir və bu sözlər ona təsir edir və o fikrindən daşına bilər. Bu məqamda köməyə siz gəlməlisiniz, ona hiss etdirin ki, sizinlə birlikdə həyat maraqlı, günləriniz sevinc və zarafatla keçəcək. Bunları başa düşsə, heç bir problem qalmayacaq. Bir də çalışın həmin «pis» dostları ilə az ünsiyyətdə olsun. Bunun sizə yalnız faydası ola bilər.  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!