Qadının içindəki özləm fırtınası

Qadının içindəki özləm fırtınası
Qadın dünyası
10.09.2017 30
Qadın özləyərsə bir göyərçin olar oxşanası. Qanadlarından hüzün savrular mavi göylərə. Ayrılıq küləkləri qorxu dəyirmanı kimi üyüdər ürəyini...

Qadın özləyərsə gözləri iri-iri açılar qundaqdakı körpə məsumiyyətiylə, qışqırıqları inlədər boş evlərin yalnızlıq mahnılarına acıq verərcəsinə...



Qadın özləyərsə yaxınlaşmayın yanına. Yandırar həsrəti sizin varlığınızı. Qadın özləyərsə ondan soruşmayın həsrətin necə bir şey olduğunu. Sarılabilər sizə içindəki alovun qor atəşiylə. Qadın özləyərsə dünyanı dayandıra, kainatı soldurabilər. Qadının özləmi ilə baharlar payıza, yaylar qışlara çevrilə bilər.



Qadınlar da darıxar, amma bəzən qürurları hər şeyin üzərindədir. Siz qürur etməyin. Həsrətinə cavab verin qadının. Qadın özləmişsə, artıq yollar daha uzundur və qovuşmaları bilin ki, daha qısadır. Qadın özləyərsə bilin ki, anılarıyla birlikdə bu günü də sabahınıza həsrətiylə birlikdə daşıyacaq. Qadın özlərsə mütləq yolunuzu gözlər. Qadın özlərsə yaşamağı unudacaq. Ta ki sizə qovuşana qədər.



Qadın özlərsə qarlar dönə-dönə yağmaz bir daha. Yağmurlar çiyinlərinizdən süzülməz. Qadın özlərsə sizi, quşlar pəncərənizə vurmaz bir daha. Yalnızlıq taleyi olur. Ona görə ayrılıqlar ölümüdür qadının.



Qadın darıxar və həsrətini anladar, ən yalın şəkliylə özünə, ruhuna, qüruruna...



Sevdiyi adamın köynək cibində yaşamaq istər bir qadın. O qədər qıvrılmaq, o qədər kiçilmək, o qədər soxulmaq ona.



Səssiz, kiçik, isti, ürəyinə yaxın. Başını ürəyinə yaslar. Döyüntüləri ilə yatar, oyanar. O qədər müdafiəsiz, o qədər etibarda. Sudan qaçan pişik balası kimi onu tutan qucağa basdırılmaq istər qadın, sığınmaq istər...



Qadın, qul olmağın azadlığını yaşamaq istər..



Həsrətini etiraf edən qadın qovuşanda zəfərinin arsız bir sevgiylə taclandırılmasını gözləyər kişisindən. Halbuki, kişi özlənildiyindən və özləməkdən də min əsr qədər bixəbərdir. Qadın özlərsə eşq dolu məktublar yazar Tanrıya... Bağışlanmaq istər qovuşmaq üçün.



Qadın özləyərsə içində sakin bir fırtına qopar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!