Qadınlar bunlara görə üzr istəməz

Qadınlar bunlara görə üzr istəməz
Qadın dünyası
10.09.2017 4
Qadınlar bəzən özlərini kədərli və bədbəxt hiss edə bilər. Buna səbəb başqa biri olsa da belə, bu halda özünə qarşı ən böyük qəddarlığı edən yalnız özü olur.

Bəlkə də məhz bu səbəbdən yaxşı hiss etmək və ayaqlarının üzərində durmağı bacarmaq üçün özünün qarşısında üçün ağır şərtlər qoyur. Bu şərtlərin arasında ‟qətiyyən üzr istəməmək‟ də var.



Qadının üzr istəməyəcəyi şeyləri təqdim edirik. Qadından bunlar üçün heç vazt üzr istəməsini gözləməyin.



Mən olduğum üçün üzr istəmərəm. "Mən mənəm, belə dünyaya gəldim. Bunun bir səbəbi var, məndən bir dənədi".



Bir başqasının istədiyi kimi olmadığı üçün qadın heç vaxt üzr istəməz. ‟Kimliyim mənliyimin arxasındadır. Yad biri kimi davrana bilmərəm.‟



Qüsursuz olmadığı üçün üzgün olmaz bir qadın. ‟Qüsurlarımı sevirəm. Məni sevəcək insan belə də sevər".



Qınağa tuş gələn bir fikri olduğu üçün nə günahkar hiss edər, nə də ‟səhv məndədir", - deyər. "Zəkama, bacarıq və yaşama bağlı olaraq fikirlərə sahibəm. Bu fikirləri ortaya çıxarmağa da haqqım var. Qəbul edilməməsinə, tənqid edilməsinə əhəmiyyət vermirəm. Əhəmiyyət verdiyim tək şey fikrimi müdafiə edə bilməm və onu çatdırmaqdır ‟.



Qadın səhvini boynuna alar, ancaq hər zaman üzr istəməz. "Mən də insanam, belə səhvlər etməklə öyrənirəm".



Hələ birini sevdiyi üçün qadın heç vaxt üzr istəməz.



Duyğuları üçün heç vaxt təəssüf hissi keçirməz. "Yaşadığımı hisslərim təsdiqləyir. Onlardan necə imtina edə bilərəm?!‟



Birindən bir şey istəmək, kömək gözləmək ayıb deyil. Qarşı tərəf "yox" desə də, qadının kömək istəməsi insanlıq və insanlığa inancındandır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!