Ayaqqabılar haqqınızda nə deyir?

Ayaqqabılar haqqınızda nə deyir?
Qadın dünyası
10.09.2017 5
 İnsanların görünüşü haqqında müxtəlif söz demək olar. Amma insanın əsl xarakterini çox vaxt geydiyi geyimlər göstərir. Mütəmadi istifadə etdiyi balaca bir əşya qadının psixoloji tablosunu çəkməyə qadirdir. Aydınlaşdırılıb ki, sevə-sevə geyindiyimiz ayaqqabılar əslində haqqımızda çox şey deyir. Aşağıdakıları oxuyandan sonra nə demək istədiyimi anlayarsınız:



Platformada olanlar

Bu təbəqədə olanlar, yəni platforma geyinməyi sevən xanımlar açıq sözlü, şəxsi fikirli olurlar. Onları ətrafdakıların fikiri qətiyyən maraqlandırmaz. Lazım olmasa belə, öz bildiklərini edər, . Qarşısına şərt qoymaz, amma həmişə uğur qazanmağı da bacarar.



Tanketka geyinənlər

Rəfiqəniz tanketka geyinir? Elə isə xoşbəxtsiniz. Mehriban, səmimi, sədaqətli rəfiqəniz var. Konfliktə girmək və əsəbləşmək onun peşəsi deyil. Dabanı tanketka ayaqqabı geyinməyi sevən xanımlar hər fikirinizə hörmət edib, sizinlə razılığa gəlmək bacarığına malikdir.



Dabansız ayaqqabı geyinənlər

Əgər ətrafınızda kişi ayaqqabısı modelində ayaqqabı geyinən xanım varsa, o, sərt, özünə qapanan və kişi xarakterli biridir. Onu fikirindən daşındıra bilərsinizsə, hərəkətə keçin. Çünki, bu cür xanımlar tez-tez depressiyaya girir.



İdman stilini sevənlər

İdman stili və yalnız ket geyinməyi sevən xanımlar açıq fikirli, çox danışan və hər kəslə asanlıqla dil tapmağı bacaranlardır. Amma fikirlərindən çətinliklə daşınırlar. Yaxşısı budur onlarla münaqişəyə girməyin. Onsuz da öz nəzər-nöqtəsini dəyişməyəcəklər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!