Arzuolunan qadın olmaq, əslində çox asandır...

Arzuolunan qadın olmaq, əslində çox asandır...
Qadın dünyası
10.09.2017 19
Bir qadın hər zaman baxımlı olmağa, səliqəli və gözəl görünməyə çalışır. Çoxları qadınların bunu başqalarından geri qalmamaq üçün etdiyini desə də, digərləri bütün bu cəhdlərin kişilər üçün olduğunu bildirir. Amma danılmaz bir fakt da var ki, hər bir qadın ətrafı tərəfindən bəyənilən, sevilən biri olmaq istəyir. Xüsusilə, qadının xoşladığı biri varsa, bu istək birə-beş artır. Bəs kişilər hansı qadınları daha çox bəyənir? Gəlin bu suala cavab ola biləcək bir sıra fikirlərə birlikdə nəzər salaq.



İlk növbədə özünüz olun: Çünki qadının bu cür rəftarı qarşı tərəfin marağına səbəb olur. Beləliklə, qarşınızdakı insan sizinlə birlikdəykən özünü dəyişdirmək məcburiyyətində olmadığını hiss edir.



Xarici görünüşünüzə diqqət edin: Geyiminizdə açıqlığa çox yol verməməyə çalışın. Çünki kişilər bu cür geyinən qadınlarla bərabər görünmək istəmirlər. Sadəcə səliqəli olmağınız yetərlidir. Bununla yanaşı, makiyaj edərkən, ətir vurarkən həddən çox olmamasına da diqqət edin.



Pozitiv olun: Diqqət çəkməyin ən asan yollarından biri də gülümsəməyi bacarmaqdır. Kişilər gülümsəyən qadınları xoşlayır.



Dürüst olun və hörmət edin: Bir kişinin uzun müddət yanınızda olmasını istəyirsinizsə, ona güvənməli və dürüst olmalısınız. Kişilər bu cür qadınlarla birlikdə olmaqdan məmnunluq, hətta qürur hissi duyurlar.



Hörmət etməyi də unutmayın. Bir kişini digər həmcinslərinin yanında aşağılayacaq hərəkətlər etməkdən qaçının. Kişilər onlara hörmət edən qadınlara dəyər verir.



Sonda qeyd edək ki, bütün bu məsləhətlər eyni hissləri yaşamış insanlar arasında aparılan araşdırmaların nəticələridir. Amma əsas olan sizin ürəyinizdən gələn istək və davranışlardır. Deyilənləri də nəzərə almaqla ürəyinizin səsini dinləyin. Ancaq bu zaman sevdiyiniz kişinin qəlbini qazana bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!