Payız aylarında nələr dəbə minəcək?

Payız aylarında nələr dəbə minəcək?
Qadın dünyası
10.09.2017 15
Artıq yayın son ayını yaşayırıq. Avqust hələ bitməsə də, mağazalar payız geyim kolleksiyalarını indidən müştərilərin ixtiyarına buraxıblar.



Yeni mövsümdə moda sahəsində müşahidə edilən ən maraqlı cərəyan köhnə dəbin geriyə qayıtmasıdır. Bu fakt özünü əsasən, ötən əsrin son on illiyində büruzə verməyə başlayıb. Qəribə də olsa, ildən-ilə yenilənən modanın birdən-birə geriyə qayıtması və keçmişi təkrarlaması insanları qətiyyən narahat etmir. Əksinə, köhnə dəbi hər kəs böyük həvəslə qəbul edir.





Qrafik naxışlar

Mürəkkəb qrafik naxışlardan hazırlanan  geyimlər solğun payız günlərində çox effektli görünür.



 



Ağ ilə qaranın möhtəşəm vəhdəti

Bu klassik rənglərin istənilən mövsümdə aktual olduğunu unutmayın.



 



Pastel tonları

Sentyabr bitənə qədər yay rənglərinin gücündən istifadə edə bilərsiniz.



 



Hərbçi tərzi

Hərbçi tərzinə xas olan rənglər və fasonlar hər zamankı kimi payızın trendi olacaq.







Məxmər və vilvet dikdabanlar

Məxmər parçaların qadın ayaqqabıları mövsümün sevilən dəbi olacaq.



 



Çanta dəbi

Məşhur moda evlərinin klassik çanta versiyaları payız aylarında dəbdə hökmranlıq edəcək.



 



Bohem tərzi və ya saçaq trendi

Ötən il saçaqlar geyim və çantalarda istifadə olunurdusa, bu il ayaqqabılarda gözə dəyir. Belə görünür ki, bohem tərzi payız aylarında da aktual olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!