Onu dodaqlarından tanı!

Onu dodaqlarından tanı!
Qadın dünyası
10.09.2017 15
Heç dodaqların insanın xarakterini açan açar olduğu ağlınıza gəlibmi?



Alimlər bildirirlər ki, dodaqların forması insanın xarakterindən xəbər verir. Bir sözlə, qarşınızdakı insanı tanımaq istəyirsinizsə, onun dodaqlarının formasına baxmağınız kifayətdir. Bununla da həmin insanla münasibətlərinizi hansı müstəvidə quracağınıza qərar verə bilərsiniz.



1. Xəfif şəkildə aralı duran dodaqlara sahib olanlar həyatı axarına buraxan, qərar verməkdə çətinlik çəkən insanlardır.



2. Dodaqları kip bağlananlar isə, adətən, qərarlı və hirsli olurlar. Həm iş həyatında, həm də şəxsi həyatda ciddi görünməyə çalışırlar.



3. Dolğun və biçimli dodaqlara sahib olanlar açıq sözlü, ürəyindəkiləri gizlətməyən, sözü ilə davranışları üst-üstə düşən səmimi insanlardırlar. Bu insanlara inana bilərsiniz. Bu qrupa daxil olanlar sevgilərini göstərməyi xoşlayırlar.



4. Alt dodaq qalın, üst dodaq incədirsə, deməli, bir xəyalpərəstlə üz-üzəsiniz. Təvazökar insandırlar. Sevdiklərinə sadiqdirlər.



5. Üst dodaq qalın, alt dodaq incədirsə, diqqətli olun. Çünki belə insanlar əyləncə düşkünü olurlar. Əsla, gələcəklə bağlı planlar qurmurlar. Sənətə meyilli olurlar. Zarafatlaşmağı xoşlayırlar. Qarşı cinsi özlərinə asanlıqla aşiq edə bilirlər. Ancaq sadiq deyillər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!