Qadınların doğru bildiyi 5 yanlış

Qadınların doğru bildiyi 5 yanlış
Qadın dünyası
10.09.2017 11
Kişilərlə qadınların bioloji strukturlarındakı fərqlər onların səhhətinə təsir edən amillərdən hesab olunur. Lakin əksər hallarda qadınların doğru hesab etdiyi yanlış fikirlər stereotiplərə çevrilərəksağlamlığa ciddi zərər vurur.



Qadınar.biz İstanbul Sağlam Həyat Mərkəzinin direktoru, mütəxəssis Azad Şamilgilin bu mövzu çərçivəsində müəyyən etdiyi maddələri təqdim edir.



1. Əksər qadınlar baş nahiyələrində olan miqren tipli ağrıların özlərinin zərif və romantik hisslərə tez qapılmaları ilə əlaqələndirir. Lakin tibb bu düşüncənin yanlış olduğunu, miqrenin qadındakı hormonların beyinə təsiri ilə bağlı olduğunu bildirir.



2. Bəzi qadınlar hamiləlik zamanı həm özlərini, həm də körpələrini doyuzdurmaq üçün daha çox yeməyə ehtiyacları olduğunu zənn edir. Tibb bu fikrin də yanlış olduğunu, hamiləlik dövründə normadan (300 kalori) artıq qida qəbul edən anaların körpələrində ürək xəstəliklərinə tutulma riskinin 30-35 faiz artdığını deyir.



3. Bəzi insanlar ürək-damar xəstəliklərinin "kişi xəstəliyi” olduğunu düşünsələr də bu, belə deyil. Ostrojen hormonunun menopoz dövrünə qədər qadınları bu xəstəlikdən qoruduğu görünsə də, siqaret istifadəçisi, artıq çəkisi, hərəkətsiz yaşamı və yüksək təzyiqi olan qadınlar yaşıdlarından daha erkən ürək-damar xəstəliklərinə tutulur. Üstəlik, şəkər xəstəsi olan qadınların infarkt riskinin kişilərdən 2 dəfə çox olduğu açıqlanıb.



4. Qadınlar adətən infarktın əlamətinin kişilərlə eyni olduğunu düşünür. Məhz bu səbəbdən də infarkt keçirmiş qadınların yalnız 30 faizi həkimə müraciət edir.



5. İnfarkt sonrası ölüm ehtimalını kişilərə nisbətdə daha aşağı hesab edən qadınlara tibbi araşdırma ilə cavab verilib. Araşdırmanın nəticəsinə görə, infarktdan 2 həftə sonra 100 kişidən 93-nün, 100 qadından isə 83-nün sağ qaldığı bildirilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!