Hər şey ümüdsüz görünsə belə ALLAHa güvən

Hər şey ümüdsüz görünsə belə ALLAHa güvən
Qadın dünyası
10.09.2017 13
Ey bizə bir-birindən gözəl nemətlər bəxş edən Uca Rəbbimiz! Sən qüdrətlisən, zənginsən, tayı-bərabəri olmayan Allahsan, biz isə acizik, Sənə möhtacıq! Sənin mərhəmətinə sığınaraq əfv istəyirik, Sənin qəzəbinə səbəb olmuş bütün günahlarımıza görə tövbə edirik Ya Rahim, Ya Ğaffar! Ya Təvvab! Ey sıxıntılarmızı, problemlərimizi bizdən daha yaxşı bilən Rəbbimiz! Səndən hər çətin vəziyyətdə xeyirli bir çıxış yolu istəyirik, bizləri səbirli olan kəslərdən eylə! Ya Allah! yaşadığımız hər bir imtahanı xeyirli sonluqla bitir! Imanımızı o qədər güclü et ki, çətinliklərə rast gəldikdə üzülməyək, Sənə üsyan edən kəslərdən olmayaq! Ibadətləri sevə-sevə, təmkinlə yerinə yetirən kəslərdən eylə bizləri!Sənin sevginə çox möhtacıq Ya Vədud, bizləri çox sevdiyin, dəyər verdiyin qullarından eylə! Ya Haqq! Bizi haqq yolundan ayırma, bizləri yalan danışan, qeybət edən, paxıllıq edən, sıxıntıya düşdükdə falçılara üz tutan, Sənə asi olan kəslərdən etmə! Qəlbimizi nurlu eylə, verdiyin nemətlərə razı sal qəlbimizi, hər neməti Səndən bilirik, Sənə çox şükürlər olsun Ey Rəbbimiz, yaratdıqlarının sayı qədər Sənə həmd-sənalar olsun, Səndən çox razıyıq, Sən də bizdən razı qal, bizləri Firdovs cənnətinə layiq olan kəslərdən eylə! Sənə gözəl sonluqla qovuşdur bizi, ömrümüz Sənə ibadət etməklə keçsin Ya Allah! Ya Səlam! Ölkəmizi qoru, bütün xəstələrə sağlamlıq ver Ey şəfa verən! Subaylarımızıa evlilik qapılarını aç, uşaqsız ailələrimizi sevindir, onlara saleh, gözəl övladlar ver Ey açılmaz sandığımız qapıları asanlıqla üzümüzə taybatay açan Rəbbimiz! Bizi çirkin əməllərdən uzaq et, gözəl əxlaq ver bizlərə Ya Quddus!

Arada gününü orucla,namazla,dualar və zikrlərlə keçirənlərdən eylə bizləri.Arafa günündə bağışlanan ,cənnətini qazanan və cəhənnəm atəşindən azad olan bəndələrindən eylə bizləri.Acizliyimizi etiraf edərək qapına gəldik.Aç rəhmət qapılarını üzümüzə Ya Ərhəmər-Rahimin.Sən bizim övladlarımızıdan da dünya və axirət xoşbəxtliyini əksik eyləmə.

Ya Mucib! Dualarmızı qəbul eylə və biz möhtacları sevindir! Amin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!