Qadınların əsl mahiyyətini uşaqlıqdan dərk etmişəm...

Qadınların əsl mahiyyətini uşaqlıqdan dərk etmişəm...
Qadın dünyası
10.09.2017 11
İnsanlar sizin istedadlı və ağıllı olmağınızı həzm edə bilərlər. Gözəlliyinizi isə əsla!



Mən hələ uşaqlıqdan qadınların əsl mahiyyətini dərk etmişəm və ona görə də onları ciddi qəbul etmirəm.



Kişi hər zaman qadına onun qadın olduğunu hiss etdirməlidir - sözü ilə razılaşmıram. Qadın heç vaxt qadın olduğunu unutmamalıdır!



Sizə paxıllıq edənlərə nifrət etmək lazım deyil. Onlar bununla sizin daha yaxşı olduğunuzu etiraf edir.



Gözəllik qadın üçün 2 halda problemə çevrilir: gözəllik olmadıqda və gözəllikdən başqa bir şeyi olmadıqda.



"Kişilərin baxışları məni narahat edir”, - deyən qadınları başa düşmürəm. Mənə elə gəlir ki, onlar daxili dünyasını gizlədir və nə istədiklərini, ümumiyyətlə, bilmirlər.



Kişilər əldə edə bilmədiklərini sevirlər!



Mən heç vaxt arıq olmayacağam. Təbiətən çox tənbələm. Yeməkləri sevirəm. Olduğum kimi görünürəm və arıqlamaq xatirinə süni olmaq niyyətində deyiləm.



Hətta ölsəm də, yenidən 20 yaşında olmağı istəməzdim. İndi daha xoşbəxtəm, nəinki o zaman. Axı gənc yaşda biz özümüzü tanımağa və anlamağa çalışırıq, kim olmaq istədiyimizə qərar veririk və özümüzə olan inamsızlıqdan əziyyət çəkirik. İndi dəqiq bilirəm ki, mənə nə lazım deyil və mən nə olmasa yaşaya bilərəm.



Tək qalanda özümü daha rahat hiss edirəm. Amma bu, mənim gözəl olmağımla əlaqəli deyil. Bilirəm ki, məndən də gözəl var. Təəssüf ki, onların çoxunun həyatı elə də uğurlu deyil və təklikdə özlərini çox pis hiss edirlər.



Mən yaxşı anayam. Lakin bu həm də yaxşı qız olduğum anlamına gəlmir.



Mənə həmişə risk lazımdır.



Gözəllik o halda təbii və maraqlı olur ki, geyimlə örtülür.



Mən yetəri qədər yaşamış bir qadınam. Buna baxmayaraq, şəxsi təcrübəmdən çıxış edərək kişilərlə bağlı nə isə demək mənə çətindir, çünki bütün kişilər fərdidir. Bəzən sənə dəyər verməyən birinin dərdindən ölürsən. Bir sözlə, mələklər kimi şeytanlar da cəlbedicidir.



Qadınlıq haqqında bunu öyrəndim: qadın bir kişini elə sevər ki, kişi özünü ən əlçatmaz hiss edər və heç vaxt tərk edilməyəcəyini düşünər. Qadın elə qəfil çıxıb gedər ki, kişi özünü dünyanın ən axmaq insanı hesab edər və heç sevilmədiyinə inanar.



Mənim üçün sevməyin yeganə üsulu azad olmaqdır. Sevgi o zaman yaşayır ki, münasibətlərdə hörmət və azadlıq olur. Başqasından bir əşya kimi istifadə etmək cəfəngiyyatdır. Heç kim bizə məxsus deyil - nə bizim ərlərimiz, nə də uşaqlarımız. Biz, sadəcə, sevdiklərimizlə nələrisə bölüşə bilərik. Onları dəyişməyə çalışmaq lazım deyil! Qısqanclıq isə heç bir işə yaramır. "Dəyişməyə” nail olduğunuza bəslədiyiniz sevgi, gün gələcək tükənəcək...



Hadisələrin təbii gedişatına qarışa bilmərəm. İnsanlar qocalırlar, bu isə təbiidir. 40 yaşlı qadının 20 yaşlı qız kimi görünməyə çalışması çox gülməlidir...



Müasir qadınların gözəlliyinin ömrünü uzatması üçün unikal imkanlar var. Lakin buna öz yaşına və sağlamlığına hörmət edərək əməl etmək lazımdır.



İnsan daxili enerjisinin qayğısına qalmalıdır. Əgər içəridə atəş yoxdursa, çətin ki, parlaq görünəsiniz.



Hələ gəncsiniz və özünüzün təbii işığınız var. Onun qayğısına elə qalın ki, illər ötdükcə itməsin... Bir də heç kimə fikir vermədən yaşamaq, son gününə kimi, sadəcə, qadın olmaq lazımdır.



Gözəllik həyatın və yaşadıqlarınızın üzünüzdə əksidir. Daim diqqət mərkəzində olmaq istəyirsinizsə, dodaq boyanızı əskik etməyin. Fərqli paltarlar geyinməkdən çəkinməyin, ürəkli olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!