Qadınlar belə kişiləri sevir

Qadınlar belə kişiləri sevir
Qadın dünyası
10.09.2017 7
Qadınlar əksərən "pis oğlan” kimi tanınan kişilərə aşiq olurlar. Bu tip
kişilər çox zaman yaraşıqlı, cazibədar olduğu üçün qadınların diqqətini
çəkir. Lakin bunun sonu çox zaman kədərli bitir. "Pis oğlan” kimi
tanıdığımız bu kişilər məsuliyyətsiz olur və ancaq özlərini düşünürlər.
Eqoları olduqca yüksək olan bu kişilər hansı xanımı istəsələr, əldə edə
biləcəklərini düşündüklərindən heç bir qadın onlar üçün önəm daşımır.
Alimlər qadınların belə kişiləri seçmələrinin bir neçə səbəbini açıqlayıb.

Bunun səbəblərindən biri belə kişilərin cazibəsinə qarşı qadınların
iradəsinin zəifləməsidir. Xarici görkəmi yaraşıqlı olan kişilərin yaxşı
ata ola biləcəyini düşünən qadınlar münasibətlərin sonunda üzülən tərəf
olurlar.

Digər səbəb isə qarşılaşdıqları kişinin ağ atlı şəhzadə olduğuna
özlərini inandırmalarıdır. Xəyalları və reallığı qarışdıran xanımlar hər
zaman gözlədikləri adamla qarşılaşdıqlarını düşündükləri üçün "pis
oğlan”larla birlikdə olmağı seçirlər.

Belə kişilər saf, xarizmatik olur və qadınlarla necə davranmalı
olduqlarını yaxşı bilirlər. Qadınlar isə əfsuslar olsun ki, onların
təsirinə çox asanlıqla düşürlər. Öz ətrafında olan qadınlara diqqət
etməyən kişilər daim cazibədar görünürlər. Onlar çox yaxşı ünsiyyət
qururlar. Onlarla danışmaq, bizə yazdıqları mesajları oxumaq və onlarla
bağlı hər şey bizi həyəcanlandırır. Gün ərzində onlarla danışmağı
səbirsizliklə gözləyirik. Bəlkə də bu "nəyəsə asanlıqla sahib olmamağın”
verdiyi duyğularla bağlıdır.

Bəzi kişilər qadınları xoşbəxt etmək üçün əllərindən gələni edirlər.
Qarlı hava olsa belə, onlar üçün fərqi yoxdur, sadəcə biz istədik deyə
gedib qəhvə ala bilərlər. Onlar üçün daim biz ön plandayıq. Bizə heç
zaman öz fikirlərini deməzlər, onlar üçün sadəcə bizim fikrimiz
önəmlidir. Bütün bunları etdikləri üçün bizə sıxıcı gəlirlər. Bunların
hamısını "pis oğlan”lar etmədiyi üçün biz qadınlar onları seçirik.

Çox ünsiyyət yaxşı deyil. "Yaxşı kişilər” daim bizimlə ünsiyyət
qururlar. Həmişə mesaj yazırlar, əhvalımızı soruşurlar və bu, bir müddət
sonra bizi bezdirir. Mesajımıza 20 saniyə sonra cavab gəlməsi heç də
əyləncəli olmur. Gün ərzində "necəsən?”, "gecən xeyrə” kimi mesajlar
daha yaxşıdır.
Ancaq bütün bunlar pis oğlanlarla yaşanmır və yenə də pis oğlanları
seçirik. Bu səbəblərə görə, onlara aşiq oluruq. Doğru insanı tapana
qədər bu münasibətlər belə davam edirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!