Mişel Obama: “İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə...”

Mişel Obama: “İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə...”
Qadın dünyası
10.09.2017 12
"Oskar" mükafatı laureatı Şarliz Teron hesab edir ki, ağıllı qızlara səfeh oğlanlar lazım deyil.



Amerika prezidentinin xanımı Mişel Obamanın da qatıldığı "Təhsilli qızların gücü" tədbirində Hollivud aktrisası onu da əlavə edib ki, ağıllı və təhsil almış qızdan seksualı yoxdur. O, "İndiyədək qadınlardan müəyyən çərçivə daxilində yaşamaq tələb edilib. Artıq bu təsəvvürü darmadağın etməyin vaxtı çatıb. Bunun üçün qadınlar özləri mübarizə aparmalıdır. Misal üçün, kişilərdən heç nə gözləməyin, güzgüyə baxın və özünüzə bu sözləri deyin: "Mən seksual, cəlbedici, ağıllı, dərrakəli və güclü qadınam”, yaxud da "Bu cinsdə çox seksual görünürəm”. Məsələn, mənim uzun və qalın saçlarım  yoxdur. Bəli, saçım qısadır, buna baxmayaraq, bu saçda da özümü ehtiraslı hiss edirəm” - deyib.



Obama isə aktrisanın "ağıllı qızlar səfeh oğlanlarla görüşməməlidir” – fikri ilə razılaşıb və əlavə edib: "İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə siz heç vaxt uğur əldə edə bilməyəcəksiniz və yerinizdə sayacaqsınız”.



Mişel Obama "Sizin yaşınızda olanda təhsildən daha çox gözəlliyimlə, kimin məni bəyənməsi ilə maraqlansaydım, indi ABŞ prezidenti ilə evlənməzdim”  söyləyib.



ABŞ-ın birinci xanımı qadınların özgüvənini artırmasının vacibliyini vurğulayıb. O, minə yaxın tələbə qızın iştirak etdiyi tədbirdə həmcinslərini daha güclü görmək istədiyini deyib. Onlardan  kişilərdən qorxmamağı xahiş edib.



Xatırladaq ki, sağlam həyat və təhsil məsələlərindəki həssaslığı ilə tanınan Mişel Obama ötənilki çıxışında "Qız uşaqlarının təhsili gündəliyin birinci mövzusudur" - demişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!