Yazığım gəlir o qadınlara ki...

Yazığım gəlir o qadınlara ki...
Qadın dünyası
10.09.2017 27
Yazığım gəlir bəşəriyyətdə olan qadınlara - özlərini aciz göstərdikləri üçün! Yazığım gəlir o qadınlara ki, insan kimi sayılmırlar. Sözlərini, fikirlərini çatdıra bilmirlər. Yazığım gəlir o qadınlara ki, nə sevə bilmirlər, nə də ki, sevilirlər. Yazığım gəlir o qadınlara ki, sevgiləri qarşılıqsızdır. Yazığım gəlir o qadınlara ki, min bir yolla kişilərin diqqətini çəkmək istəyirlər.  Yazığım gəlir o qadınlara ki, şəhvət hissi yaşayırlar, amma son məqamda daxildə deyil, üzdə hiss edirlər.  Yazığım gəlir o qadınlara ki, qardaşları ilə yatırlar. Yazığım gəlir o qadınlara ki, aldadıqlarını bildikləri halda yenə də sevirlər. Yazığım gəlir o qadınlara ki, mala-dövlətə özlərini satırlar.  Yazığım gəlir o qadınlara ki, ailə səadəti nədir bilmirlər. Yazığım gəlir o qadınlara ki, özlərini kimə və nəyəsə görə qurban verirlər. Yazığım gəlir o qadınlara ki, kişilərini aldadırlar.  Yazığım gəlir o qadınlara ki, 9 ay bətnində gəzdirdiyi körpə boya-başa çatandan sonra “üzdən iraq” olur.  Yazığım gəlir o qadınlara ki, “güclülərin” həyatında sonuncu deyil, axarıncı olmağa çalışırlar. Yazığım gəlir o qadınlara ki, ərləri tərəfindən döyülürlər.  Yazığım gəlir o qadınlara ki, daim şübhə, qorxu içində yaşayırlar. Yazığım gəlir o qadınlara ki, “xoş gün nədir”,- onu bilmirlər. Yazığım gəlir o qadınlara ki, “nə üçün yaradıldığını”- bilmirlər. Yazığım gəlir o qadınlara ki, keçmişini danırlar. Yazığım gəlir o qadınlara ki, “yarımçıqdırlar”. 

mənbə: Kulis.Az [Zəhra Rüstəmova]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!