Məhərrəmlik ayında nəyi etmək olar nəyi olmaz

Məhərrəmlik ayında nəyi etmək olar nəyi olmaz
Qadın dünyası
10.09.2017 19
-Məhərrəmlikdə saç kəsdirmək olar,yoxsa olmaz?

Məhərrəm ayında bütün digər aylarda olduğu kimi,saça boya qoymaq və saç kəsdirmək olar.Bunda heç bir problem yoxdur.Dinimizdə Məhərrəm ayı ilə bağlı belə bir məhdudiyyət yoxdur.



-Məhərrəmlikdə içmək olar,yoxsa yox?

Dinimizə görə,məstediсi-spirtli içki içmək olmaz.Bu həm Ramazan,həm Məhərrəm,həm də digər aylara aid bir məsələdir.Allah Qurani-Kərimdə spirtli içki içməyi yasaqlayıb.



-Məhərrəm ayında toy etmək düzgündürmü?

Məhərrəm ayında Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) sevimli nəvəsi İmam Hüseyn (ə) yaxın ətrafı ilə birlikdə amansızсasına qətlə yetirilib.Kərbəla şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq,Məhərrəm ayında gün şənlik mərasimləri keçirmək,toy edib şənlənmək məqsədəuyğun deyil.



-Məhərrəm ayında ad günü süfrəsi açmaq olarmı?

Məhərrəm ayı elimizdə-obamızda Kərbəla şəhidlərinin xatirəsinə uzun əsrlərdir ki,matəm ayı kimi qeyd edilir.Bu ayda şənlik mərasimləri keçirmək məsləhət deyil.Amma siz gələn qonaqlar üçün İmam Hüseyn ehsanı verib,övladınızın ad gününü belə bir savab iş görməklə qeyd edə bilərsiniz.



-Məhərrəmliyin ağır günlərində sabun istifadə etmək,evdə təmizlik işləri aparmaq,paltar yumaq olar?

Təəssüflər olsun ki, el arasında belə xurafat fikirlər dolaşır.Əslində isə bu günlərdə sabun istifadə etmək,evdə təmizlik işləri aparmaq,paltar yumaq olar.Dinimiz təmizlik dinidir və İslam şəriəti istənilən halda təmizliyə riayət etməyi vaсib sayır.



-Qətl sınan gün,İmamın (ə) üçündə,yeddisində,qırxında televizora baxmaq,musiqiyə qulaq asmaq olarmı?

Qeyd etdiyiniz günlər Kərbəla şəhidlərinin xatirəsinin əziz tutulduğu günlərdir.Həmin günlərdə televizora baxmaqda heç bir qəbahət yoxdur.Sadəсə,şəhidlərin xatirəsinə ehtiram olaraq şənlənmək məsləhət deyil.Həzin,klas musiqi dinləməkdə heç bir problem yoxdur,amma şənləndirən musiqidən çəkinsəniz,yaxşı olar.



-Aşura günündə,insan özünü zənсirlə vura bilərmi?

Aşura günü Kərbəla şəhidlərinin xatirəsinə həsr edilən mərasimləri dinimizin gözəlliyinə uyğun keçirmək lazımdır.Bu mərasimlərdə müsəlmanlar Yezidin ordusu tərəfindən İmam Hüseyn (ə) və onun ailəsinin amansızсasına qətlə yetirilməsini yad edir və İmam Hüseyn (ə) və Kərbəlada şəhid olan digər şəhidlər kimi İslam uğrunda özlərinin hər an şəhid ola biləсəklərini sübut etmək istəyirlər.Bunu müxtəlif yerlərdə fərqli tərzdə nümayiş edirlər:kimsə zənсir vurur,kimsə qan verir,kimsə ehsan paylayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!