Övladınız aqressivdirmi? - TEST

Övladınız aqressivdirmi? - TEST
Qadın dünyası
10.09.2017 22
1. Bəzən özünü cinlənmiş kimi aparır.

2. Nədənsə narazı olanda deyinir, susmaq bilmir.

3. Ona edilən pisliyin əvəzini çıxmağa çalışır.

4. Bəzən heç bir bəhanə olmadan donquldanır.

5. Bəzən elə olur ki, oyuncaqları dağıltmaq, nəyisə sındırmaq ona həzz verir.

6. Arada nəyə görəsə o qədər israr edir ki, ətrafdakıların da səbrini daşırır.

7. Heyvanları cırnadmaqdan qalmır.

8. Onunla höcətləşmək mənasızdır.

9. Kiminsə onunla lağ etdiyini düşünəndə çox hirslənir.

10. Arada ətrafdakıları şoka salacaq pis hərəkət etmək istəyi baş qaldırır.

11. Verilən əmrlərə cavab olaraq hər şeyin əksini etməyə çalışır.

12. Çox vaxt yaşından asılı olmayaraq deyingəndi.

13. Özünü sərbəst və düşüncəli hesab edir.

14. Birinci olmağı, əmr verməyi və insanları özünə tabe etməyi sevir.

15. Uğursuzluqlardan yaman qıcıqlanır, günahkar axtarmaq istəyi yaranır.

16. Asanlıqla mübahisə edir, dalaşır.

17. Yaşca balaca və fiziki zəif olanlarla ünsiyyət qurmağa çalışır.

18. Aşırı qıcıqlandırıcı tutmaları olur.

19. Yaşıdlarıyla yola getmir və onlarla heç nəyini bölüşmür, güzəşt etmir.

20. Əmindir ki, hər bir tapşırığı hamıdan yaxşı bacaracaq.

 

Hər suala verilən "" cavabları 1 bal hesablanır.

Yüsək aqressivlik - 15 - 20 bal

Orta aqressivlik - 7 - 14 bal

Aşağı aqressivlik - 1 - 6 bal.

 
 Aqressivliyin meyarları (uşağa nəzarət sxemi)

1. Tez- tez özünü itirir.2. Sıx - sıx böyüklərlə höcətləşir və dalaşır.

3. Adətən qaydalara əməl etməkdən imtina edir.

4. Qəsddən insanları qıcıqlandırır.

5. Öz səhvlərinə görə başqalarını günahlandırır.

6. Tez - tez əsəbləşir və nəyisə etməkdən boyun qaçırır.

7. Çox vaxt qisasçı və paxıldır.

8. Həssasdır, ətrafdakıların (uşaqların və böyüklərin) hərəkətlərinə qarşı çox tez reaksiya verirki, bu da onu qıcıqlandırır.

 
Uşağı aqressiv adlandırmaq üçün minimum 6 ay ərzində sadaladığımız 8 əlamətdən heç olmasa 4 -ü özünü göstərməlidir.Aqressivlik əlamətləri olan uşaqların mütləq həkimin və psixoloqun köməyinə ehtiyacı var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!