Siz necə anasınız? - TEST

Siz necə anasınız? - TEST
Qadın dünyası
10.09.2017 3
Necə ana olduğunuzu müəyyənləşdirmək üçün aşağıdakı 3 bir-birini tamamlayan fikirlərin

cəmləşdiyi variantı seçin. Yəni A, B, C, D variantlarından birini seçin.



A. variantı-Belə düşünürsüz ki,...

Mənim uşaqlarım həyatımda hər şeydən vacibdir

Uşaqlara görə mən şəxsi həyatımdan keçməyə hazıram

Mən bütün günü uşaqlar haqqında düşünürəm-onların xəstəliyi, işi, dostları

 

B. variantı- Belə düşünürsüz ki,...

Uşaqlarım məndən istədiklərini ala bilirlər

Mən uşaqlara özümdən daha çox pul xərcləyirəm

Uşaqla ünsiyyətdən necə yorulmaq olar?-mən bunu başa düşmürəm

 

C. variantı- Belə düşünürsüz ki,...

Mənim övladlarımın bir çox cavabdeh olduqları işlər var

Mənim böyük övladımın kiçik uşaqlara nəzarət edir

Mən böyük övladıma rahatlıq bir çox çətin işləri tapşırıram

 

D. variantı- Belə düşünürsüz ki,...

Mən uşaqlara ilk növbədə tabe olmağı öyrədirəm

Uşaqlar analarına hamıdan çox hörmət etməlidir

Uşaq tərbiyəsində zəiflik etmək olmaz

 

E. variantı- Belə düşünürsüz ki,

Uşaqlar anasını sevməklə yanaşı qorxmaları da lazımdı

Uşaqların öz xeyrinə olaraq pis hərəkətlərini cəzasız qoymaq olmaz

Bəzən ən yaxşı cəza üsulu döyməkdir

 

İndi isə variantlardan düzgün hesab etdiyinizi seçin. Hansı fikirlərin cəmləndiyi variant sizə daha yaxındır?

 

Bu isə nəticə.

əgər seçiminiz A-dırsa - siz övladınızı olduğundan daha köməksiz hesab edirsiniz. Ona bir qədər sərbəstlik verməyə çalışın.

əgər seçiminiz B-dirsə - Sizə elə gəlmir ki, uşağnızı həddindən artıq əzizləyirsiniz? Unutmayın, siz də axı hələ gəncsiniz

əgər seçiminiz C-dirsə - Böyük ehtimalla siz uşağa onun bacardığından qarşı bir qədər çox tələbkarsınız. Sizcə bu ailədə gərginliyə səbəb olmur ki?

əgər seçiminiz D-dirsə - Elə təəssürt yaranır ki, sizin övladlarına "hər şey olmaz". Çalışın öz tələblərinizi bir qədər azaldıb, ən vaciblərini seçin

əgər seçiminiz E-dirsə - Düşünməyin ki, uşağı tərbiyənin ən yaxşı yolu cəzadır. Onda uşaq elə öyrənəcək ki, yalnız qorxudularaq deyilənlərə əməl edilməlidir.

 

Bu test vasitəsilə siz övladınızın tərbiyəsində buraxdığınız səhvi tapmısınızsa, bu çox yaxşıdır.

Diqqətli ana istənilən vaxt uşaq tərbiyəsində buraxdığı səhvi etiraf edir və düzəltmək üçün əlindən gələni edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!