Onun ailəsinin sizi sevməsini təmin edin

Onun ailəsinin sizi sevməsini təmin edin
Qadın dünyası
10.09.2017 11
Sevgilinizin ailəsi ilə yaxşı anlaşa bilməniz çox əhəmiyyətlidir. Aşağıdakı üsulları yoxlayaraq xoşbəxt və yaxşı münasibətə sahib ola bilərsiniz.

 

Nələri deməməli olduğunuzu bilin

Hər ailənin bəzi qaçılnılması lazım olan mövzuları vardır. Xoşagəlməz məsələlərdən uzaq durmaq ağıllı olacaq. İş siyasət kimi gərgin məsələlərdən uzaq durun.

     

Suallara əsəbiləşməyin

Sevgilinizin ailəsi sizə biraz çox sual verə bilər. Nəticədə sizin haqqınızda mümkün olduqca çox şey öyrənməyə çalışmaq onların vəzifəsidir. Nə soruşurlarsa soruşsunlar, mümkün qədər sakit və soyuq qanlı dayanın. Hər suala mümkün olduqca hörmətli bir şəkildə cavab verin. Əgər sizi narahat edən bir sual versələr, bu barədə danışmaqdan narahat olduğunuzu bildirə bilərsiniz.

     

Onları bir yerə dəvət edin

Sizi nə qədər çox tanısalar, o qədər çox sevərlər. Ailə üzvlərini bir yerə dəvət etməyiniz xoşlarına gələcək.

     

Danışın

Utancaq bir quruluşunuz da olsa, ailəylə tanış olarkən daim səssiz oturmayın. Siz də onlara suallar verin, xatirələrinizdən danışın.

     

Gözəl geyinin

Rəsmi geyimə ehtiyac yoxdur amma təmiz və düzgün geyinmək onlara əhəmiyyət verdiyinizi göstərəcək. Sadə amma diqqətli paltarlar seçin və dekoltedən uzaq durun. Daha neytral rənglərə üstünlük vermək xeyrinizə işləyər.

     

Ailə iclaslarına gedin

Hər ailə iclasında iştirak etmək lazım deyil amma dəvət edildiyiniz zaman mümkün qədər iştirak etməyə çalışın.

     

Ortaq maraqlardan bəhs edin

Sevgilinizlə ailəsinin maraqlandığı mövzuları əvvəlcədən danışa bilər və tanışlıq günündə bu mövzulardan birini seçib söhbət edə bilərsiniz.



Özünüzə güvənin, nəticədə sevgiliniz sizi sevir, ailəsinin də sevməməsi üçün heç bir səbəb yoxdur!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!