Sadəcə qısa saçlı qadınların anlaya biləcəyi 16 vəziyyət!

Sadəcə qısa saçlı qadınların anlaya biləcəyi 16 vəziyyət!
Qadın dünyası
10.09.2017 14
1. Saçınızı hər dəfə kəsdirərkən "fərqli saç modelləri” başlığı ilə axtarış edib saatlarla çıxan saç modellərinə nəzər salmaq.

2. Necə bir model istədiyiniz barəsində günlərlə düşünmək.

3. İnternetdən tapdığınız 5 fərqli modelin şəklini götürüb saç ustanıza göstərmək.

4. Saç ustanızdan "Bu qədər qısa istədiyinə əminsənmi?” sualını ən az bir dəfə eşitmək.

5. Kəsimdən sonra əgər saçınızı bəyənməsəniz ən az bir həftə evdən çıxmamaq.

6. Saçınızı hər ay kəsdirməli olmaq.

7. Heç kəsin sizə baxmasını və dağılmış saçlarınızı görməsini istəmədiyiniz anların çox olması.

8. Qısa saçlarınızı hansı formalara sala biləcəyinizi uzun müddət düşünmək və bir müddət sonra qısa saçlardan sıxılmaq.

9. Uzun saçlı halınız üçün darıxmaq.

10. İnternetdə gördüyünüz modellərin saçınıza yaraşmadığını görüb xəyal qırıqlığına uğramaq.

11. Ailənizdən "Niyə kəsdirdin, uzun daha gözəl idi.” – sözünü tez-tez eşitmək.

12. Yağışlı günlərin saçınızın görünüşünün korlanmasına səbəb olması.

13. Qışda isinməkdə çətinlik çəkdiyiniz üçün başınızı davamlı şəkildə bağlı saxlamaq.

14. Saçınızın gözəl görünmədiyi günlərdə taleyinizlə barışmaq.

15. İçinizdə heç cür bitməyən "daha artıq qısaltma” istəyinə qarşı qoya bilməyib, "bir az da kəsdirsəm daha gözəl olar” - deyə düşünmək.

16. Müxtəlif uzunluqlarda modellər sınadıqdan sonra sizin üçün ən gözəl saç modelinin qısa saç olduğuna qərar vermiş olmağın qürurunu yaşamaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!