Oxu məni...

Oxu məni...
Qadın dünyası
10.09.2017 30
 
Oxu məni...


Yazılara tökülən, cızma-qara edilən, təkrarlanan... Ardınca 3 nöqtə buraxan, bəzən sərt, əmin şəkildə, nida ilə bitən, hərdən sənə suallarla ünvanlanan kəlimələrimdən oxu...

Oxu məni...
Gizli, mürəkkəb, səni anlatmağa çalışan, sənə bağlı, sənin yer aldığın, bəzən bilmək istədiyin, hərdən bəyənmədiyin, hərdən isə öyündüyün düşüncələrimdən oxu...

 
Oxu məni...
 
Səni əks etdirən, özünü görə biləcəyin, bəzən kədərli baxan, hərdən sevinc və təbəssüm dolu, hərdən isə aqressiya və təəssüflük ifadə edən gözlərimdən oxu...
 
Oxu məni...
 
Sənə qarşı bəslənən, səni mənə tanıdan. Sevgi ilə qarışan, onla birgə yaşayan... Sənə çatdırılan, sənə ötürülən nifrətimdən oxu...

Oxu məni...
 
Bəzən heç bilməyəcəyini düşündüyüm, bəzən tükəndiyinə təəssüfləndiyim, hərdən daha
 çox artdığına sevindiyim.... Ən çox da sənə bağlı olan ümidlərimdən oxu...

Oxu məni...

Boşluğu doldura bilməyəcək, daim səndə xatirələr oyadacaq, bəzən özünə qarşı sərt olacaq, bəlkə də səni daha çox tənhalığa düçar edəcək, gedişimdən oxu...

Düşün məni...
Dinlə məni...
Oxu məni...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!