Qadın olmaq və özünə inanmaq

Qadın olmaq və özünə inanmaq
Qadın dünyası
10.09.2017 27
Qadın olmaq və özünə inanmaq



"Qadın” olmaq. Çox güclü bir cümlə elə deyil mi? Dərinliyi və mənası … Sizə nə mənalar yükləyir qadın olmaq?

Güclü, sevimli, baxımlı, həssas və sirrli. Mənim ağlıma ilk bunlar gəlir. Baxış acım isə budur: Bizi üzən, stressə, depressiyaya salan şey hadisələr deyil, bizim o hadisələrə yüklədiyimiz məqamlardır.



Bu isə özünə inamdan yaranan səbəblərdir. Özünə inam insanların ehtiyacı olan tək şeydir bəzən. Yeni-yeni addımlar, uğur qazanmaq üçün mütləq lazımdır bizə. Bəs "özünə inamlı Qadın” olmaq üçün nə etmək lazımdır?

Belə deyirlər Sən özünə inan ki, sənə də inansınlar. Özünə inam yaratmaq üçün çalışmaq vacibdir. Həyatınızda əldə etdiyiniz uğurları, onlardan doğan sevinci, xoşbəxtliyi xatırlayın. Bu da özünə inamda mühümdür. Yoxsa bu hissi özündə aşkara çıxara bilməlisən. Məqsəd seçmək, özünlə söhbət etmək, müsbət düşünmək lazımdır.



Özünü olduğundan daha yaxşı göstərmə istəyi ya da yalnız yaxşı tərəflərini önə çıxarma istəyinin altında dərhal hər zaman bir "çatışmazlıq qəbulu” yatır. Sanki insan özünü basdırıb saxlamaq məcburiyyətində qalır və yaxşı olan parçaları da vitrininin ən önünə qoymalıdır.



Özünə güvənən bir qadının özünə fiziki olaraq baxması əlbəttə möhtəşəmdir. Mən həyatımda heç "Bəli özümə aylardır baxmıram çünki bu mənim seçimimdir” deyən bir qadınla rastlaşmadım. İnsan yaşadığı təlaş ya da stresslərlə özünü ikinci plana atdığında sanki nəfəs ala bilməyən bir ağaca çevrilir. Bəzən öz gücüylə bəzən də müalicə dəstəyi ilə yenidən özünə gəldiyində həyata möhkəm yapışmağa başlayır. İnsanlar bu əyrilikləri aradan qaldırdıqlarında ciddi irəliləmək məcburiyyətindədirlər.



Özünə inam –  haqqını müdafiə etməyi bacarığı formalaşdırır insanda. Yəni, bizim də vaxtımızın başqaları kimi dəyərli olduğunu göstərməyi bacarmalıyıq.

Həyat yoldaşı seçən zaman da o kəsin ki, özünə inamı yoxdur, elə bir insan axtarışında olar ki, ona özünə inam bəxş edə bilsin. Yəni elə bir insan axtarar ki, daima onu tərifləsin. Ancaq bu cür insan tapmaq onun üçün heç də asan olmur. Bütün belə mənfi hallarla qarşılaşmamaq üçün insanda özünə inam hissi olmalıdır. Bu hissi özündə formalaşdırmağı bacarmalıdır.



Əziz qadınlar özünüzə inamı əldən verməyin və özünə inanaraq gözəl ailəyə və nailiyyət qazana biləcəyinizə əmin olun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!