Bu yazı qadınlar üçündür

Bu yazı qadınlar üçündür
Qadın dünyası
10.09.2017 17
Bir çox xanımlar menstruasiya nizamsızlığından şikayət edirlər. Qadınlar.Biz bunun səbəbləri və müalicəsi haqqında türkiyəli mütəxəssislərin rəyini təqdim edir.

Menstruasiya qadınlarda adətən 28 gündə bir baş verən və 4-7 gün arasında davam edən qanamadır. Orta hesabla 21-35 gün arasında olan menstruasiya qanaması bu müddətdən bir gün belə az olsa nizamsızlıq hesab edilir.



Menstruasiya nizamsızlığının səbəbləri:

Həddən çox kökəlmə və həddən çox arıqlama

Həddən çox məşq etmək

Doğuş həbi

Sistemli narahatlıqlar

Antidepressant qəbulu

Polikistoz

Endometrios

Endometrial polip və miyoma

Uşaqlıq xərçəngindən əvvəl

Uşaqlıq xərçəngi



Menstruasiya niyə gecikir?

Həmin ay yaşanan cərrahiyyə əməliyyatı stressi menstruasiya tarixini 1-2 ay gecikdirir. Menstruasiyanın gecikməsinə hamiləlik də səbəb ola bilər. Cinsi həyatı aktiv olan və qorunma üsullarından istifadə etməyən cütlüklərin ağlına ilk gələn isə  hamiləlik olur. Digər səbəblər isə stress, mövsüm və məkan dəyişikliyi. Normalda ildə bir dəfə menstruasiya nizamsızlığı yaşayan qadın ildə 2-3 dəfə bununla qarşılaşırsa, mütləq həkimə müraciət etməlidir.



Menstruasiya nizamsızlığının müalicəsi

Menstruasiyanın 2 və ya 3-cü günü edilən hormonal testlərin nəticəsi və təsbit edilən ultrasəs görüntülərinə görə xəstəyə xüsusi olaraq müalicə planı təyin edilir. Miyoma ölçüsü və məskunlaşması əsas götürülərək cərrahiyyə əməliyyatına ehtiyac da yarana bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!