Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır

Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır
Qadın dünyası
10.09.2017 9
Gözəllik
gəncliyə xasdır, deyirlər. Ona görə də, bu iki söz çox vaxt sinonim
kimi qəbul edilir. Bəlkə də elə bu səbəbdəndir ki,  çoxları yaşlandıqca
özünə baxmır, hətta bundan utanır. Yaşından, başından utanıb özünə fikir
verməyənlərin əksinə olaraq, 80 yaşlı Coys Karpati öz
qədrini yaxşı bilir. Ona görə də, nə ağ saçı, nə də üzündəki qırışlar
onun gözəlliyinə kölgə salır. Opera müğənnisi olmaqla yanaşı, baxımlı
qadın, həyat yoldaşı, ana və nənə olan ağbirçək qadın nəinki özünə
qulluq eləməyə utanır, hətta hamını gözəl olmağa çağırır. Gənclik illərində üzləşdiyi çətinliklərdən danışan Coys Karpati ikinci dünya müharibəsinin getdiyi illərdə italyan xanımları nümunə göstərir:  

 

"İnsanlar
geyinməyə heç nə tapmırdılar. Lakin italiyalı qadınlar küçəyə çıxanda
öz gözəlliyi və zərifliyi ilə baş döndürürdülər”.

 

Coys Karpatinin gözəl olmaq üçün tövsiyələrini təqdim edirik

 

1. Özünü səliqəyə salmadan küçəyə çıxma. Geyindiyin paltarları sev, axı onlar sənin obrazının bir hissəsidir.

 

2. Qırışlar haqqında düşünmə. Yaşını qürurla qəbul et. Plastik əməliyyatlarda hər qadına şarm verən incə cizgilər məhv edilir.

 

3. Sənin
özünə olan münasibətin xarici görünüşündə əks olunur. Özünü olduğun
kimi qəbul elə. Çünki aradan illər ötsə də, sən elə həmin adamsan.

 

4. Öz gözəlliyini vurğula, axı hər insanda gözəl olan nəsə var.

 

5. Cavan görünməyə yox, heyranedici olmağa çalış!

 

6. Özünəqulluqda
tənbəllik etmə. Bitki və meyvələrdən hazırladığın kremlə də dərinə
qulluq edə bilərsən. Axı bu proses özü də qadını xoşbəxt edir.

 

7. Səhərlər
üzünü kosmetik vasitələrin hücumuna məruz qoyma. Yüngülvari makiyaj
özünə əminlik və xoş əhval-ruhiyyə bəxş edəcək. Amma ehtiyatlı ol.
Ümumiyyətlə, makiyajda ağ eləmək olmaz.

 

Coys bütün xanımlara bir qayda olaraq, günəşdən qoruyucu və nəmləndirici krem çəkməyi məsləhət görür.

 

8. Evdən
çıxmazdan əvvəl saçına sığal çək. Saç düzümü mükəmməl olmalıdır. Sənə
ən çox yaraşan saç düzümünü seç. Axı saçlar qadının bəzəyidir. Məsələn,
saçım ağarsa da, onu kəsməyə əlim gəlmir. Hörük çox rahat olduğu üçün,
adətən, həmin saç düzümünə üstünlük verirəm.

 

Gördüyün
kimi, hər qadın ürəkdən arzulasa, istənilən yaşda gözəl görünə bilər.
Gözəl  görünmək hər qadının borcudur. Kişilər qadınları bax, buna görə
sevir və dəyər verirlər. Odur ki, elə indi bu müdrik qadının
məsləhətlərindən istifadə etməyə başla.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!