Ən yaxın rəfiqəniz haqqınızda nə pıçıldayır?

Ən yaxın rəfiqəniz haqqınızda nə pıçıldayır?
Qadın dünyası
10.09.2017 13
Zərgərlik məmulatları fərdi üslubu vurğulamaq üçünideal vasitədir. Əslində, bəzək əşyaları öz sahibinin xarakteri, həyat tərzi, vərdişləri, hətta mənəvi dünyasıbarədə çox şey deyir. Merilin Monronun da dediyi kimi, qadının ən yaxşı rəfiqəsi brilyantlardır.



İri sırğalar

Böyük
və cəlbedici sırğalara üstünlük verən qadınlar bir qayda olaraq, özünə
əmin, yaradıcılıq qabiliyyətinə malik, həmçinin, diqqət mərkəzində
olmağı sevən qadınlardır. Onların həyata baxış bucağı tamamilə
fərqlidir. Bu tip qadınları üzləşdiyi çətinliklər qətiyyən narahat
etmir. Onlar istənilən mürəkkəb vəziyyətdən asanlıqla çıxış yolu tapa
bilir.

 





Kiçik sırğalar

Belə
yüngül bəzək əşyalarını, adətən, fəal insanlar seçir. Onlar həyat eşqi
ilə aşıb-daşır və həyata nikbin baxırlar. Onların hər görüşə uyğun
geyinməyə vaxtı olmur. Bu baxımdan hər üslubla uyğun gələn tək qaşlı
kiçik sırğalar onlar üçün çox əlverişlidir. Bu insanlar çox sadə olmaqla
yanaşı, başqalarına qarşı mehriban və xeyirxahdırlar.

 





Bilərziklər

Bilərzik
əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən insanların seçimidir. Bu
zinət əşyasının sahibi aktiv, dinamik və enerjili  insanlardır.
Xüsusilə, çoxlu qolbaq taxanlar diqqət cəlb etməyi sevirlər. Başına
gələnlər onlara heç vaxt dərs olmur. Məsələn, bir eşq hekayəti bitməmiş,
başqasına başlayırlar... Qolbaqlar müdafiə olunmaq bacarığını, eləcə
də, öz fikirlərini başqalarına sırımaq qabiliyyətindən xəbər verir.

 





Qızıl zinət əşyaları

Qızıla
üstünlük verən insanlar öz baxışlarında kifayət qədər mühafizəkardır.
Onlar öz dəyərini yaxşı bilir, bu səbəbdən, hər şeydə birinci olmağa can
atırlar. Eyni zamanda, fəal və emosionaldırlar.

Qızıldan
düzəldilmiş zərif və klassik zinət əşyaları sahibinin ciddiliyini
vurğulayır. Halbuki üstündəki qiymətli daşlar onun əslində, hər kəsin
diqqətini cəlb etmək niyyətində olduğundan xəbər verir, bəzən isə yalnız
bolluğu və statusu vurğulayır.

 





Gümüş

Gümüşə,
əsasən, təmkinli, təbiətcə yaradıcı, romantik, xeyirxah və əliaçıq
insanlar üstünlük verir. Lakin gümüş sevən insanların arasında həyatdan
möcüzə gözləməyən çoxsaylı realistlər də var.

 





Üzüklər

Parıltılı üzük həvəskarları çox güman ki, ikinci yarının axtarışında olurlar. Onlar çox cazibədar və ünsiyyətcildirlər.

Xüsusi qeyd etmək vacibdir ki, orta barmağa böyük qaşlı üzük taxmaq sahibinin qürurlu olduğunu vurğulayır.

Üzüyü şəhadət barmağına taxmaq daha çox başqalarının üzərində rəhbərlik istəyini əks etdirir.

Üzüyü
çeçələ barmağa taxmaq öz sahibinin orijinallığı barədə məlumat verir.
Bu insanlar çox şıltaq ola bilər, onlar öz əhəmiyyətlərini göstərmək
imkanlarını əldən vermirlər.

Ümumiyyətlə, fikir vermisinizsə, üzüyü çeçələ barmağa, adətən, yaradıcı peşələrin nümayəndələri taxır.

Orijinal dizaynda işlənmiş üzük sahibinin özünəinamlı, o cümlədən, hörmətli şəxs olmasından xəbər verir.

 





Yaxa sancağı

Orijinal
yaxa sancağını öz təkrarolunmaz üslubunu vurğulamaq istəyən əsl
modapərəstlər seçir. Onlar aşırı mehriban və ünsiyyətcildir. Bundan
əlavə, hər bir vəziyyətdə diqqət cəlb etməyə çalışırlar.

 





Brilyant qaşlı zərgərlik məmulatları

Brilyant
bəzək əşyalarından, bir qayda olaraq, özünəinamlı, müstəqil və rasional
qadınlar istifadə edir. Şübhəsiz, bu bahalı daşdan istifadə olunmuş
zərgərlik məmulatları zənginlik və var-dövlət əlamətidir. Dünyanın ən
bahalı daşı sahibinin statusu və maliyyə vəziyyəti haqqında da çox şey
deyə bilər.

 





Mirvari

Bu
bəzək əşyasına üstünlük verən insanlar xasiyyətcə romantik və
xəyalpərəstdir. O, teatra gedir, sərgilərə baxır, kitab oxuyur. Bir
sözlə, incəsənəti və ədəbiyyatı sevir, klassikaya sitayiş edirlər.
Mirvari sevən xanımlar səmimiyyəti çox yüksək dəyərləndirir.

 





Nişan üzüyü

Nişan
üzüyünü barmağından çıxarmamaq qadının həyat yoldaşına sadiqliyini
bildirir. O, ailə dəyərlərini qoruyub saxlayır və ətraf aləmlə sülh,
əmin-amanlıq içində yaşamağı dəstəkləyir.

 





Boyunbağı

Bu
aksessuarın həm orijinallığına, həm ölçüsünə, həm də hansı materialdan
hazırlanmasına xüsusi diqqət yetirmək vacibdir.  Qızıl boyunbağılara
məqsədyönlü və özünəinamı ilə fərqlənən qadınlar üstünlük verir.

Gümüş boyunbağıları isə zəngin daxili dünyaya malik təmkinli və səbirli xanımlar sevir.

Şəffaf
daşlı klonlar sahibinin sentimentallığına və həssaslığına işarə edir.
Qırmızı rəngli klonlar insanın tez-tez aşiq olma xüsusiyyətini nümayiş
etdirir, mavi, yaxud göy daş sakitliyə can atamasından, yaşıl isə
özünəinamlı olmasından xəbər verir.

Orijinal,
mücərrəd dizaynda boyunbağılara hadisələrə qeyri-standart yanaşması ilə
seçilən insanlar üstünlük verirlər. Ürək formasında bəzək əşyalarını
romantik və tez vurulan insanlar taxırlar. Bürclərə uyğun klon taxan
insanlar fövqəltəbii qüvvələrə inanmağa meyllidir. Dini rəmzlər isə
insanın mənəvi dəyərləri hər şeydən yüksək tutmasından xəbər verir.

Ad
yazılmış klonları daha çox kütlədən fərqlənmək və özü haqqında danışmaq
istəyən insanlar taxırlar. Ümumilikdə, boyunbağını daha çox dürüstlüyü
ilə seçilən insanlar sevir.

 





Paltara uyğun bəzək əşyaları

Əgər
siz bəzək əşyalarını qarderobunuzdakı paltara uyğun seçirsinizsə, bu,
sizin bədii zövqünüzdən, mütəşəkkilliyinizdən və istənilən işə yaradıcı
yanaşmanızdan xəbər verir.  

 





Bəzək əşyalarının yoxluğu

Əgər
qadın zinət əşyaları taxmağı xoşlamırsa, deməli, o, əlavə detalların
köməyi ilə özünə diqqət cəlb etmək istəmir, onlar olmadan da özünü ifadə
etməyi bacarır. Lakin bəzən bu, həyəcan siqnalı ola bilər. Məsələn,
insanlar depressiyada olanda heç bir bəzək əşyasından istifadə etmək
istəmir.

Bu
qeydə diqqət yetirmək yetirin: şəffaf daşlar insanın əhval-ruhiyyəsinə
müsbət təsir edir, qeyri-şəffaf daşlar isə sahibinin bütün problemlərin
səbəblərini və nöqsanları özündə axtarmaq meyli haqqında məlumat verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!