Gözəl olmağı bilmək

Gözəl olmağı bilmək
Qadın dünyası
10.09.2017 6
Bəzi
qadınlar həm kişilər tərəfindən, həm də digər qadınlar tərəfindən
hörmətlə, bəyənməylə, təriflə qarşılanırlar. Əgər sizdə belə qadınlar
sırasında olmaq istəyirsinizsə, bu heç də çətin deyil..



• Gözəl olmağı bilmək...

Gözəl olmağı bacaran qadınlar hər zaman diqqət mərkəzində olarlar.
'Gözəl olan' deyil,'gözəl olmağı bilən'... Yəni özünə yaraşanı geyən,
geyim və makiyajında ​​şişirdilmiş olmayan, yerinə və zamanına uyğun
geyinib makiyaj edən, özünə baxmağı bilən bir qadın müsbət balla
başlayar əlaqələrinə.

Gözəllik əvvəlcə çöldən başlayar. Təmizlik, baxım, yerinə və zamanına uyğun geyim, saç, makiyaj...



• 'Xanım' olmaq...

Yalnız sevgili ya da həyat yoldaşı olaraq deyil, həmcinsləriylə
yoldaş olmaq üçün də kilid mövzulardan biridir xanım olmaq. Hər zaman
özünə hakim olması bir qadın üçün müsbət dəyərdir. Yanınızda, küfr
edərək telefonda danışan ya da restoran ortasında saqqız tapdalayıb şar
partladan biriylə oturmaq istərdiniz mi?

Hər kəsin kraliça ya da şahzadə zadəganlığına doğuşdan sahib
olmasını gözləmək haqsızlıq ola bilər amma xanım olmaq da öyrəniləbilər.



• Fədakar olmaq...

Ətrafındakıların ehtiyaclarının fərqinə vararaq, daha istənmədən nə
edə biləcəyini düşünən qadın ideal dost, ideal sevgili, ideal yoldaşdır.
Yalnız fikir əsasında da olsa, problemi həll etmək üçün məşğul olmaq,
məcbur etmədən kömək təklifində olmaq hər kəsin bəyənəcəyi bir
davranışdır.



• Hörmətli olmaq...

Hər kəs hər şeyi sevmək ya da bəyənmək məcburiyyətində deyil. Amma
sırf bəyənmədiyi üçün hər qarşılaşdığında ya da adı keçdiyində belə,
bəziləri haqqında hörmətsiz sözlər söyləyən bir qadın, öz kreditini
itirməyə başlayar əslində.

Qarşınızdakına hörmət etmək,hörməti qarşıdan gözləmək qədər əhəmiyyətlidir.



• Xoşbəxt olmağı bilmək...

Necədə böyük bir müsbet cəhətdir insanın həm özü, həm də ətrafındakılar üçün.

'Xoşbəxt insan' olmaq üçün, əvvəlcə xoşbəxt olmağı bilmək lazımdır.
Hər hadisənin pis tərəflərini tapıb çıxartmaq deyil, əlinizdəkiylə necə
daha xoşbəxt oluna biləcəyini bilmək lazımdır. 

'Vur patlasın, çal oynasın' bir dünyadan deyil, əlinizdəkinə şükr
edib və ağlamağı buraxıb daha çox çalışacağınız bir dünyadan bəhs
edirəm.

Unutmayın, Xoşbəxt olmağı bilən qadınların zənginliyinin sərhədi də yoxdur...!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!