Qadınlar nə istəyir...?

Qadınlar nə istəyir...?
Qadın dünyası
10.09.2017 61
Qadınlar
nə istəyir...? Bu sualı düşünürəm bəzən, hətta kişilərə də
ünvanlamışam. Lakin aldığım cavablar heç də bir kişi düşüncəsi olaraq
obyektiv olmayıb. Kişilər bu sualın cavabını, qadınların çox deyinməsi,
hər şeyə reaksiya verib, xırda bir şeyi aşırı dərəcədə böyütməsi və
bunların kişilər üzərində yorucu etkisindən danışırlar. doğrudur, fərd
olaraq hamı bir-birinin eyni ola bilməz. Bu nüanslar da mövcuddur.
İstisnalar həmişə hər yerdə mütləqdir. Lakin bunların istisna və azlıq
təşkil edən durum olduğunu göz önündə saxlasaq sualın cavabı çox daha
dərin və çox daha düşündürücü olacaq. Suala daha dəqiq cavab tapmaq üçün
bəzi əlavə sualların cavabını bilməliyik, zatən ondan sonra bu sualın
cavabı özlüyündən bəlli olacaq. Düşünək ki, qadın kimdir və qadın hansı
yapıya sahibdir? Qadın zərifdir, qadın incəlikdir, qadın zərafətdir,
qadın qulağa xoş avazla söylənən ahəng bir şeir, həzin bir musiqidir.
Qadın gur şəlalənin mənbəyi, coşğun dənizin sakit köpüklənən ağ
ləpəsidir. Qadının bəşəriyyətin, insanın var olma səbəbidir, qadın
duyğudur, hisslərdir, qadın romantikadır, emosionallıq içərən yapıdır.
Qadın olmaq bir çox üstünlükdür, qadın olmaq yaşatmaqdır, nəfəs
verməkdir. Bütün bunlar qadını anladan şeylərdirsə qadın çox şeyə
sahibdir deməkdir. 
Zərif
olanı qorumaq gərəkir, incəliyinə, zərafətinə sahiblənib arxa, dayaq
olmaq gərəkir. Ahəng bir şeiri gecə səhərə qədər dinləmək insanı
bezdirməz, əksinə ona xoş situatsiya bəxş edər, ruhuna huzur verər.
Həzin bir musiqi isə ruhu canlandırar, sakitliyi ilə ona yaşam qaynağı
olar. Gur səsli şəlaləyə baxıb coşğun həyat eşqi ilə yaşamaq, bəzən isə
sakit dənizin ləpələri ilə düşünüb huzur tapmaq insanın düşüncəsinə
rahatlıq verir. İnsanı yaşadan, insan olaraq qılan onun duyğuya,
hisslərə sahib olma bacarığıdır. İnsan bunlari duyur, emosionallaşıb
duyğusallaşırsa deməli hisslərə malikdir.
Qadın
nə istəyir...? Zərif olan, ən gözəl duyğulara malik bir şey sizdən nə
istəyə bilər? Sevilmək... Qayğı... Nəvaziş... Bəli, bu qədər bəsit, bu
qədər sadə. Bir qadın qorunmaq istər, kişisi tərəfindən sahiblənilmək
istər, aid olmaq istər. Çünki aidlik qadının özlüyündə var. Qadın
kişisinə aid olar, Kişi qadınına sahib olar! Bir qadının istəyi sadecə
budur, aid hiss edilmək, onun olmaq, sahiblənilmək... Əzizlənilmək,
oxşanılmaq istər, nazını çəkən kişiyə ehtiyac duyar qadın, saçını
oxşayan, əllərini möhkəmcə tutub qoxusunu ciyərlərinə həbs edən kişi
istər qadın... Dəlicəsinə sevilmək istər qadın, çünki qadınlar dəli kimi
sevər, inanmaq istər bütün qəlbi, ruhu ilə. Güvənmək istər tamlığı,
varlığı ilə, güvəni sarsılmasın istər. Hər bir qadının qəlbində bir
kişiyə məftun olmaq, ona aid olmaq, onun qadını olmaq, onun birəyi olmaq
istəyi var.Hər qadının içində bu fitri olaraq var. Çünki qadının
təbiəti bağlanmaqdır, aid olmaqdır. Kişidə belə deyil, kişi aid olmaz,
sahib olar! Qadının birinci öncəlliyi kişisinin onu sahiblənməsidir. Onu
özündə, qəlbində tam olaraq, bir parçası olaraq düşünməsidir.
Beləliklə,
qadınlar nə istəyir sualının cavabı düşünürəm ki, artıq bəllidir.
Gördüyünüz kimi yerinə yetirilməsi, həyata keçirilməsi o qədər də çətin
olmayan bu istəklər qadını həm mutlu, həm də kişisinə daha yaxın edər.
Ona görə də, əzizlərim, bir qadının mutluluq formulu məhz yuxarıda qeyd
olunanlardır, biraz az və ya biraz çox, fərq etməz. əsas odur ki, ona
qadın olduğunu hiss etdirin, bu ilk növbədə sizin də xoşbəxtliyinizə
gedən yol olacaq! Sevilməyiniz diləyilə.....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!