Dikdaban ayaqqabıların kəşfi

Dikdaban ayaqqabıların kəşfi
Qadın dünyası
10.09.2017 33
Demək olar ki, hər bir xanımın qarderobunda ən azı bir
neçə cüt hündürdaban ayaqqabı mütləq var. Bəs heç nə vaxtsa düşünmüsünüzmü, bu
dikdaban ayaqqabıları necə oldu ki, dəbə gəldi?

Eramızdan hələ çox-çox
əvvəllərə aid Misir qəbirlərində müxtəlif formalı ayaqqabılara rast
gəlinmişdir. Bunlar daha çox dəri və toxunma formasında olub ayaq üzərində
bağlanan formalarda olub.

Hündürdaban ayaqqabıların
tarixi isə Roma dövrünə gedib çıxır. O zamanlar bu cür ayaqqabılar aktyorlar üçün
hazırlanırdı. Dabanlar isə ya taxtadan yaxud da göbələkdən düzəldilirdi.

XVII əsrin əvvələrində
jokeylər (at sürənlər) ayaqlarını üzəngidə rahat tutmaq üçün hündürdaban
ayaqqabılardan istifadə etməyə başlayıblar.

1533 – cü ildə bir qadın
ayaqlarını uzatmaq üçün ilk dəfə hündürdaban ayaqqabı geyinib. Onun sayəsində
14 yaşlı Catherine d’Medici öz toyunda düz 5 sm hündür görünür.

XIV Luis adıyla bağlı
olan dikdaban ayaqqabılar isə həm qadınlar, həm də kişilər arasında çox məşhur
olur. Onlardan ən hündürü 12 sm-ə çatır.

Dəbə və ayaqqabılara
çox vurğun olan və Fransanın gələcəyini bunlarla bağlayan Marie Antoinette
1793-cü ildə öz edamına 5 sm-lik dikdabanla gəlir.

1850 – ci ildən 1950 – ci
ilə qədər isə hündürdaban ayaqqabıların dabanı 5 sm-dən hündür olmurdu.

Hündür, amma iynə kimi
nazik dabanlı ayaqqabıları dəb dünyasına Merlin Manro gətirir. O zamandan bəri,
cazibədar görünmək istəyən qadınlar bu cür dikdabanlara üstünlük verməyə
başlayıblar.!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!