Özünə inamlı qadınların 5 xüsusiyyəti

Özünə inamlı qadınların 5 xüsusiyyəti
Qadın dünyası
10.09.2017 6
Özünə inamlı qadınların 5 xüsusiyyəti...

Özünə güvənən bir qadın olmanın yolu səhvlərini qəbul etmək, xeyr deyə bilmək və qarşısındakı insanı dinləməkdən keçir.



Özünüzə
nə qədər güvənirsiniz? Özünüzə etibarınızı artırmaq üçün nə
etməlisiniz? Bəlkə də özünə inamı yüksək insanların davranışlarından
ilham almaq işinizi asanlaşdıra bilər. 



Budur özünə inamlı qadınların tipik xüsusiyyətləri ... 



Səhvlərini qəbul edərlər.

Heç
kim mükəmməl deyil. Bunu çox eşitsəkdə, başqalarına söyləsək də tətbiqə
gəlincə axsaqlıqlar yaşaya bilərik. Halbuki özünə güvənən insanlar
mükəmməl olmayan tərəflərini qəbul edərlər və belə də qəbul etdirməyi
bacarırlar. Hər şeydə mükəmməli tutmağa çalışmaq lazımsız bir səydir və
özünə inamlı qadınların bunun üçün zamanı yoxdur. Özlərini olduqları və
olmadıqları kimi sevərlər. 



Xeyr deyərlər.

Özünə inamlı qadınlar səhv sözlər verməz, öhdəsindən gələ bilməyəcəkləri işləri qəbul etməzlər. Yalnız"xeyr" deyərlər.
Ağ yalan söyləməkdən və yola verməkdənsə həqiqəti söyləməyi seçərlər.
Hər şeyi etmək üçün zamanları yoxdur. Gerçəkdə heç kimin yoxdur amma hər
kəs buna görə yaşamaz. Aradakı fərq, özünə güvənən qadınlar həqiqətən
zövq alacaqları və istədikləri işləri edər, gerisini rədd edərlər.



Dinləyərlər.

Özünə
güvənən qadınlar öz düşüncələrinə güvənərlər amma eyni zamanda
başqalarının fikirlərini dinləmək üçün də kifayət qədər özünə inam
sahibidirlər. Eşitdikləri hər zaman xoşlarına gəlməsə də məsələn
müdirləri hazırladıqları təqdimatı bəyənmədiyi üçün mübahisə etməzlər.
Bu tənqidi quruluşçu olaraq mənimsəyərlər və başqalarının cavablarını öz
suallarını cavablandırmaq üçün yaxşı bir yol olaraq görərlər. 



Kömək istəyərlər. 



Özünə
inamlı qadınlar hər işi tək başlarına həll etmələrinin qeyri-mümkün
olduğunu bilirlər. Bir rəhbər ya da mütəxəssisdən kömək istəmək onları
kiçik salmaz, narahat hiss etdirməz. Eynilə bir CEO kimi gündəlik
işlərdə kömək edəcək bir qrup vardır və özünə inamlı qadınlar bu qrupu
çalışması üçün dəstəkləyərlər.



Başqalarını dəstəkləyərlər.

Özünə
güvənən qadınlar yoldaşlarının yüksəlişini izləməyi sevərlər.
Başqalarının karyera, əlaqə və müvəffəqiyyətlərinə sevinmək bizim
qabiliyyətlərimizə maneə törətməz, əksinə daha da vurğulayırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!