Qadınların həyatdan istədikləri...

Qadınların həyatdan istədikləri...
Qadın dünyası
10.09.2017 24
Qadınların həyatdan istədikləri...

Qadın bir yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə sədaqət istəyir.

Bir
qadın yoxsulluga dözə bilər. Xəstəliklərə, çətinliklərə sinə gərə
bilər, ancaq inanın, onun zərif ruhu həyat yoldaşının həyatındakı ikinci
bir qadın olmaq bir tərəfə dursun, onun sevdiyi insana dikilən  iki cüt
gözünvarlığına belə  dözə bilməz. Və bu zərif məxluq haradasa
duyğulardan ibarət yaradıldığı üçün nə alçaldılmağa, nə də incildilməyə
razı  olar. Bir cüt göz xatirinə min çiləyə sinə gərsə də, bir cüt sözün
acısı ilə günlərlə göz yaşı tökə
bilər...                                                                                                                                                                                                                                                                                                           

Qadin xatirlanmaq istəyər. Ozu əlamətdar gunleri unutmadıgı  kimi, bu
gunlərdə unudulmaq da istəməz. Həyat yoldaşından aldıgı qoncə bir gül də
olsa, ən cox istədiyi onun gözlərindəki sevgi olar.

Qadın gözəlliyinin dilə gətirilməsini istəyər. Dünya gözəli olmadığını
bilər, ancaq dünya gözəli kimi diqqət və qayğı gözləyər. Iltifatlardan
xoşlanar, ən kiçik dəyişiklərin  belə hiss olunmasını sevər.

Sevgini
sevər, sevməkdən bezməz. Və inanın, istədiyi sevgini tapsa, bir qadın
bir anda mələyə, xeyirxahlıq  pərisinə, ya da insanüstü bir varlığa
çevrilər.

Bir
də görərsiniz ana olar, min bir əzabla dünyaya gətirdiyi körpəsinin hər
əziyyətinə sevərək, gülərək qatlanar. Bir də görərsiniz  tibb bacisi
kimi səhərə qədər gözünü qırpmadan növbə gözləyər, xəstələnən
yoldaşının, övladının başı üzərində. Bir də görərsiniz müəllimədir, 
qələm tutdurar, yazı yazdırar ciyərparasına. Əxlaq dərsi verər,
övladının üzüağ, alnıaçıq bir insan  kimi yetişməsi üçün bəzən çatilar
qaşları. Bəzən sınar qəlbi, ancaq yenə də enməz səmalara dua üçün qalxan
əlləri…

Bir də görərsiniz aşpazdır, bir də görərsiniz dərzidir  Ev süpürərkən, 
yer silərkən görənlər onun bu qədər ülvi  hisslərlə  dolu olduğuna
inana bilməzlər. 

Qəlbində qaynatdıgı  "sevgi qazanı”  ilə hər işin mahir ustası olar…

Ancaq  könlündəki sevgini əks etdirəcəyi bir könül tapmasa,
qabiliyyətləri korlaşar, gözəl üzü solar, qol-qanadı qırıq, yolunu
itirmiş bir quşa  çevrilər.

Xanımı
ilə gözəl davranan, onun sevgisinə bir dəstə nərgiz çiçəyi ilə sahib
olan kişilərin nə qədər sərfli bir aliş-veriş etdiyini gürdünüzmü? 

Səadət uzaqda deyil. Yetər ki, siz ona sahib olmaq istəyin...

 

Siz həyatdan nə gozləyirsiniz?

Gözlədiyinizi ala bilirsinizmi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!