Qısqanc xanımlara məsləhət

Qısqanc xanımlara məsləhət
Qadın dünyası
10.09.2017 54
Qısqanclıq elə hissdir ki, yalnız qısqanan adam deyil, həm də qısqanılan
adama əziyyət verir. Hər münasibət və hətta nikah daimi qısqanclığa və
onunla bağlı olan incikliklərə və qalmaqallara dözə bilmir. Əgər siz
hiss edirsinizsə ki, sizin qısqanclığınıza görə həyat dözülməz olur,
münasibətlər isə sürətlə sona doğru yaxınlaşır, bu zaman təcili olaraq
bu hissdən qurtulmaq lazımdır.



Sizin partnyorunuzun azad bir şəxs olduğunu anlayın

Bir
halda ki, sizin sevdiyiniz adam və ya yoldaşınız nə də olsa, sizin
mülkiyyətiniz deyil və sosial mühitdə yaşayır, o öz şəxsi sahəsinin
olması hüququna malikdir. Onların sizin bilmədiyiniz dostları və ya
tanışları və sizin iştirakınız olmadan həll ediləsi işləri ola bilər.
Onu güdmək və daim sorğu suala tutmaq axmaqlıqdır, çünki belə olduğu
halda siz onu özünüzdən uzaqlaşdıracaqsınız. Ona azadlığın minimumunu
verin ki, eşq münasibətləri ağır qandallara çevrilməsin.

 

Qısqanclıq üçün səbəb axtarmayın

Ümumiyyətlə qısqanclıq etibarsızlıqdır. Qısqanlığa heç bir səbəb olmadıqda özünüzü ələ alın və müxtəlif səbəblər fikirləşməyin.

 

Özünüzə qiyməti artırın

Əgər
siz sevgilinizin hansısa bir başqa qadına fikir verəcəyini güman
edirsinizsə, bu zaman siz özünüz haqqında aşağı fikirdəsiniz. Siz gözəl
və ağıllı olduğunuzdan, sizinlə ünsiyyət saxlamağın maraqlı olduğundan
əmin olduğunuz zaman siz artıq qısqanmayacaqsınız. Bunun üçün özünüzə
qulluq edin, inkişaf edin, özünüzə və sizi əhatə edənlərə maraqlı olun.

 

Pozitivə köklənin

Sizin
beyninizdə daim kədərli fikirlər olduğu vaxt sadəcə neqativi pozitivə
transformasiya edin. Kədərli fikirləri pozitiv fikirlərlə əvəz edin.

 

Özünüzü reallaşdırın

Unutmayın
ki, siz də həmçinin ayrı şəxsiyyətsiniz. Özünüzü elə məşğul edin ki,
sizin xəyanət haqqında ağır fikirlərlə televizorun qarşısında mənasız
oturmağa vaxtınız qalmasın.

 

Keçmiş münasibətlərə qısqanmayın

Həm
sizin, həm də sevdiyiniz insanın sizdən əvvəl olan şəxsi həyatı var.
Onu keçmiş rəfiqələrinə qısqanmaq lazım deyil, çünki onlar həqiqətən də
keçmişdə qalıb.

 

Onun sevimli işinin olması əladır

Onu
öz işinə qısqanmaq ən axmaq məşğuliyyətdir. Onun üçün işin öz sevdiyi
qadınla ləyaqətli həyatı təmin etmək bir üsulu olduğunu düşünün.

Əks cinsin nümayəndələri ilə dostluq qısqanclıq üçün səbəb deyil

Əgər
onun qadın dostları varsa, bu normaldır. Öz qısqanclığınızla siz
əksinə, onu dostluq münasibətlərinə başqa gözlərlə
baxmağa, maraq doğurmağa məcbur edə bilərsiniz.

 

İnsanın dostları olmalıdır

Kişini
dostlarına qısqanmaq və ona görə əsəbiləşmək axmaqlıqdır. Sizin
sevginizin nə qədər güclü olmağından asılı olmayaraq, bir-birinizə
bağlılığı hiss etmək üçün bəzən müəyyən vaxt ayrı qalmaq lazım olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!