Kişi və qadın arasında dostluq

Kişi və qadın arasında dostluq
Qadın dünyası
10.09.2017 16
Kişi və qadın arasında dostluq mövzusu ən incə məsələlərdən biridir,
çünki burada dostluq və daha intim münasibətlər arasındakı hədd kifayət
qədər zərifdir. Dostluq iki insanın bir-birinə deyil, bir səmtə
baxmasıdır. Bu zaman dost insanların ümumi maraqları olur. Bu əsgərlik
dostluğu, alimlərin arasında dostluq və ya məsələn, quldurların arasında
dostluq ola bilər. Dostluq predmeti kimi bir çox şeylər çıxış edə
bilər, lakin hər iki insana maraqlı olan bir predmet yoxdursa, bu zaman
dostluq olmaz.

 

Sevgi və ya aşiqlik iki insanın
bir-biri üçün maraq predmeti olmasıdır ki, bu zaman bir insan digəri
üçün maraqlı olur. Dostluğun hər zaman daha dərin, daha zərif və daha
intim birmünasibətə keçmə riski olur. Buna görə əgər cavan oğlan və qız
dostluq edirsə, bu çox yaxşıdır  İnsanlar dostluqda özlərini göstərə
bilirlər. Dərin və ya səthi dostluq belə insan xarakterini göstərir.

Əgər
dostluq evli kişi və ərli qadın arasında başlanırsa, bu zaman bu
münasibətlər yolverilməz münasibətlərə keçə bilər. İnsanlar, xüsusilə də
kişilər öz təbiətinə görə çox vaxt ehtiraslara meyilli olurlar. Gözəl
qadına və ya qıza baxaraq, kişi adətən uyğun münasibət hiss etməyə
başlayır.

Əgər kişi azğın ehtiraslarla mübarizə aparmağa öyrəşibsə və
bunun öhdəsindən müvəffəqiyyətlə gəlirsə, bu zaman o qadınla əsl dost
ola bilər və bu dostluq artıq dərin və ciddi münasibətə çevrilməz.

Aşiqlik
belə bir xüsusiyyətə malikdir ki, müəyyən sərhədi keçdikdən sonra
onunla mübarizə aparmaq çox çətin olur. Əgər insan həqiqətən də aşiq
olubsa, bu zaman onu dayandırmaq çox çətindir, çünki hisslər onu bütün
varlığı ilə bürüyür.

Aşiqlik – insanın yaşaya biləcəyi ən güclü və kəskin hisslərdən biridir ki, çox vaxt gözlənilmədən aşkar olunur.

 

Biz
ruh və bədəndən ibarətik. Bizim ürəyimiz başqa insana meylin yaranması
anını qaçıra bilər, halbuki bədən hələ ki susacaq. Lakin artıq bədən də
reaksiya verməyə başlayanda, bu zaman ürək artıq bu təzyiqi əks edə
bilməyəcək. Bunu bilmək lazımdır, lakin təəssüf ki, bir çox insanlar
hesab edirlər ki, belə dostluq mümkün ola bilər, amma bu heçdə elə asan
deyil.

İstənilən kişi (və ya qadın) hansısa bir qadının birdən
ümumi sıradan ayrılıb başqa bir sıraya çıxmasına çox diqqətlə
yanaşmalıdır (məsələn, iş yoldaşı kimi). Maraq hardasa bir-birinə qarşı
həvəsin yaranmasına səbəb ola bilər. Buna görə əgər siz ailəlisinizsə,
bu zaman öz həyat yoldaşınız və ya sizinlə eyni cinsdən olan bir insanla
dost olmağı sizə məsləhət görürük. Kompaniya olaraq da dostluq etmək
mümkündür, lakin bu zaman da kompaniyadan heç kəsi seçməmək lazımdır.

 

İnsanın
sizin həyatınızda hansısa bir önəmli yer tutması dostluq və ya daha
yüksək hiss arasındakı həddin keçilmiş olduğundan xəbər verir. İnsan
başqa bir insandan öz asılılığını yoxlaya bilər. Bunun üçün sadəcə
distansiyanı artırmaq lazımdır. Əgər bu zaman siz həmin insansız yaşaya
bilmirsinisə, deməli o artıq sizin dostunuz deyil. daha yaxın adamınız
olmağa başlayıb…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!