Qadın kimdir?

Qadın kimdir?
Qadın dünyası
10.09.2017 11
Qadınlar
həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və
gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.
Azərbaycan qadınları bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və
əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və
yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Qadına
Allah da böyük dəyər vermişdir. Bəşəriyyətin ən üstün xanımları 4
nəfərdir: 1 – Xanım Fatimə (s.ə), 2 – Xanım Xədicə (s.ə), 3 – Xanım
Məryəm (s.ə), 4 – Xanım Asiya (s.ə). Məhəmməd Peyğəmbər (s.a.s)
demişdir: Övladlarınız arasında oğlanla qıza fərq qoymayın. Fərq qoymaq
lazım olsaydı mən qızları seçərdim.

İnsanlar
müxtəlif olduğu kimi, onların fikirləri də fərqlidir. Qadın əslində bir
uşaqdır – uşaq kimi rəftar etməyi sevər, lakin sözlərinin diqqətə
alınmasını istər. Qadın gücdür, lakin o gücünü hər zaman nümayiş
etdirməyi sevməz. Qadın sevgidir – çətin sevər, amma tam mənasıyla
sevər. Qadın dünyadır – o dünyaya hər kəs girə bilməz. Qadın müdrikdir –
xəyal edə bilmədiyiniz nələr edər o. Qadın həyatdır, çünki həyat onunla
gözəldir. Qadın həyatı, yaşamı bizə bəxş edən ən gözəl, ən müqəddəs
varlıq, zərif çiyinlərində çox zaman ağır yük daşıyan, cəmiyyətə yararlı
övladlar böyüdən, pis-yaxşı gününə şükr edən, öz namusunu başqaları
üçün deyil, özü üçün qoruyub saxlayan, evini cənnətə çevirən anadır,
bacıdır. Qadın cənnətdir, qadın iffətdir, qadın anadır. Qadın Peyğəmbəri
(s.a.s) dünyaya gətirəndir.

Tək Qadın Anadır, Ana Müqəddəs,

Ana məhəbbəti heç vaxt bitməz,

Ana-bacısına hörmət edən kəs,

Namuslu qadına heç vaxt ilişməz.

Qadın
dediyin – Anadır! Bəşəriyyətə övlad bəxş edən ana… Övladlarının
yaraşıqlısı – çirkini var, ağıllısı – dəlisi var, sakiti – dəcəli var…
Amma Ana üçün fərqi yoxdur.

Qadın
dediyin – Anadır! Babalar demiş, kirpiyi ilə od götürüb, yuxusuz
gecələrində bezməyən, balasını canı ilə, qanı ilə bəsləyən Ana… Bunu
başa düşən və başa düşməyən, qiymətləndirən və qiymətləndirməyən balalar
var… Amma Ana üçün fərqi yoxdur.

Qadın dediyin – Anadır! Özünü balasına qurban edən, balasını isə Vətəninə qurban verməyi bacaran Ana…

Qadınlar anadı, bacıdı, yardı…

Adı da, özü də bizə müqəddəs,

Onlarsız bu həyat, necə olardı? 

Ey məni dünyaya gətirən qadın,

İlk sənin adını söylədiyimçün,

Dilimdən bir ömür düşməyir adın… 

Anasız sevinməz ürəklərimiz,

O bizi həyata gətirib,demək,

Qadın hesabına yaşayırıq biz …

Məhəmməd
Peyğəmbər (s.a.s) buyurur: Kişinin Allahdan qorxmaqdan sonra görə
biləcəyi ən böyük xeyir – əməlisaleh qadındır. Qadın – Xanım adına
layiq, hər zaman diqqət mərkəzində olmağa can atan, nadir hallarda
zəifliyini bildirən, çox zaman qayğıkeş, çox zamansa qayğılı olan,
həyatın hər anlamında doyunca yaşamaq hissilə alışsa da, əlində
olanlarla kifayətlənirmiş kimi görünən uca bir varlıqdır. Qadın
möcüzəli, sirli bir xəzinədir. Qadın həm də sevən, hörmət bəsləyən sadiq
həyat yoldaşıdır. Sevən ürəyin həzin nəğməsi, görən gözün nurudur. O
həm sevgili, həm də dostdur. İçində azadlıq alovu yanan varlıq,
sevilməyi, sevməyi, əzizlənməyi, qiymətləndirilməyi gözləyən incə
məxluqdur.

Qadın sadə bir insandır. İnsan olaraq kişi ilə bərabər hüquqlara malik, cəmiyyətdə mövqeyi olan vətəndaşdır, gərəkirsə əsgərdir.

Qadın
kişinin yarımbənzəridir, böyük qurucudur. Yorulmadan həm evi, həm də
cəmiyyətdəki mövqeyini idarə edə biləndir. Qadın – dərd ortağı, dar
günün yoldaşı, kişinin ən yaxşı sirdaşı, bəşəriyyətin anasıdır. Şair
Tofiq Bayram da öz şeirində belə demişdir:

Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir. 

O əsil qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

Daim üzünüz gülsün, əziz Qadınlar!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!