Bəyəndiyiniz gəlinlik növünə görə xarakterinizi müəyyən edin - TEST

Bəyəndiyiniz gəlinlik növünə görə xarakterinizi müəyyən edin - TEST
Qadın dünyası
10.09.2017 11
Toy bütün qızların xəyal qurduğu ən əsas gündür. Bu xüsusi gündə
bütün gəlinlər hamıdan gözəl və zərif görünmək istəyir. Hər bir gəlin
fərqli modeldə gəlinlik seçir və əslində bu, hansı xarakterdə olduğunuzu
göstərir. Bəyəndiyiniz gəlinlik növünə görə hansı xarakterdə olduğunuzu
bilirsinizmi? Əgər bilmirsinizsə, məqaləmizi sona qədər oxuyun.

 

Yaxası ürək formasında olan gəlinliklər

Qəlb eşqin və sevginin simvoludur. Ürək formalı gəlinlikləri həssas və romantik xarakterə sahib olan gəlinlər seçir.



Sadə və düz formada olan gəlinliklər

Bədənə oturan sadə gəlinliklər,
özünə inanan gəlinlərin seçdiyi gəlinlik formasıdır. Bu xarakterli
xanımlar sözü üzə deyən və qadın haqlarını qoruyan qadınlar olur və bu
qadınlar dəblə geyinməyə önəm verirlər.



Qabarıq gəlinliklər

Bütün
xanımlar toy günü şahzadə kimi görünmək istəyir. Şahzadə olduğunuzu
hiss etdirən gəlinlik isə qabarıq gəlinlikdir. Qabarıq gəlinliklər sizi
bir hekayənin və ya romanın qəhramanı kimi hiss etdirəcək.



Trapes formalı və ya ətəkli gəlinliklər

Əsasən
adət-ənənələrinə bağlı xanımların seçdiyi gəlinlik formasıdır. Əslində
bu gəlinlik forması çox sadədir və bu modeldə gül naxışları və ya
krujevalı tül detalları seçərək daha gözə çarpan gəlin obrazı yarada
bilərlər.



Balıq formalı gəlinlik modelləri

Ən
göz qamaşdıran gəlinlik modeli isə şübhəsiz ki, balıq formalı gəlinlik
modelləridir. Özünə inanan və ayaqları üzərində dik durmağı bacaran xanımların seçdiyi gəlinlik modelidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!