Ananızın qarderobu dadınıza çatacaq

Ananızın qarderobu dadınıza çatacaq
Qadın dünyası
10.09.2017 7
Qızlar 18-25 yaşda formalaşırlar, bu yaş dövrü qadın gözəlliyinin zirvəsi sayılır. Bu yaş xanımlarda həm ixtisas, həm stil baxımından"Kim olmaq?” sualı peyda olur. Qızlar xarici görünüşləri barədə ənçox elə bu yaşda düşünməyə başlayır və özünəməxsus geyim üslubunu müəyyənləşdirirlər. Məsələn,
 25 yaşa qədər özlərinə hər istədiyini paltarı geyinməyə icazə versələr
də, bu yaşdan sonra geyim seçimində daha diqqətli davranırlar.

 

Zərifliyinizlə
yaddaşlarda silinməz iz buraxmaq istəyirsinizsə, özünüzü əsl qadın kimi
tərbiyə etməli, diqqəti individuallığa yönəltməli və zövq duyumunu
kamilləşdirməlisiniz. Lakin bunu stil ikonalarını təqlid edərək deyil,
daxili dünyanızın səsini dinləyərək etməlisiniz. Maksimum dərəcədə zərif
görünməyə çalışın. Bütün bəzək aksessuarlarından istifadə etmək
imkanınız var. Onların gücündən yararlanın. Ən əsası, geyinməyə heç nə
tapmayanda ananızın qarderobuna etibar edin. Nəzərə alın ki, o, heç vaxt
sizi darda qoymayacaq. Üstəlik, dəb dünyası dəyişkəndir, vintaj və
retro əşyalar isə bu il xüsusilə aktualdır.

  

Dizdən aşağı köynək-paltar

Bu
formada paltarlar dəbə 2015-ci ilin əvvəlində qayıdıb və deyəsən,
aktuallığını hələ uzun müddət qoruyub saxlamağı planlaşdırır. İstənilən
halda, bu model hər bədən quruluşuna yaraşır və hər xanımda əla görünür.

 

İpək yaylıqlar

İpək
yaylıqlar dəbdən düşməyən klassik bəzək əşyasıdır. Ancaq bu gün onları
müasir paltarlarla taxmağı tövsiyə edirik. Məsələn, ipək yaylığı ya
saçınıza, ya da çantaya bağlaya bilərsiniz.

 

Yaxa sancağı

Yaxa
sancaqların bu il dəbdə olduğunu xəbər vermişdik. Yaxa sancaqları
eleqant və zövqlü xanımlar üçün individuallığını vurğulamağa imkan verən
əvəzolunmaz bəzək əşyasıdır. Orijinal sancaqlar həm ciddi işgüzar
obrazı, həm də zərif axşam libasını mükəmməl şəkildə tamamlayacaq. Çox
güman ki, ananızın və nənənizin mücrüsündə sizə yadigar qalan vintaj bir
yaxa sancağı tapılar.

 

Tvid pencək

Tvid
pencəklərin yaşlı göstərdiyini düşünürsünüz? Yanılırsınız, tvid pencək
çoxdan bütün modapərəstlərin qarderobunun bir hissəsi olub. Həddindən
artıq klassik və darıxdırıcı görünməmək üçün onu cins və dəri
şalvarlarla, yaxud da kişisayağı ayaqqabılarla uyğunlaşdırın.

 

Mirvari

Əgər
almazı "Daşların kralı” adlandırırlarsa, mirvari də "Daşların
kraliçası” hesab olunur. Bir mirvarinin ömrü təqribən 150-200 ildir. Bu
da o deməkdir ki, mirvarilər qadınlar üçün heç zaman dəbdən düşmür!
Mirvari ilə tvid jaketin tandemi xüsusilə maraqlı alınır. İri mirvari
sırğalar cırıq cins və sviterlərlə də gözəl uzlaşır.



Klassik çanta

Bütün
qadınların qarderobunda klassik markaların klassikləşmiş çanta
modelləri xüsusi yer tutur. Bu çanta növü illərə meydan oxuyaraq dəbdəki
hakimiyyətini davam etdirir.

 

70-ci illərin ruhunda uzunboğaz çəkmələr

Açıqrəngli,
burnu bir qədər dar, orta dabanlı uzunboğaz çəkmələr 70-ci illərin
məhsuludur. Amma onlar yenidən dəb gündəmində yer alıblar. Ananızın
ayaqqabı kolleksiyasına nəzər salın, bəlkə, orda sizi belə bir çəkmə
gözləyir.

 

Xəz papaq

Bir
neçə il böyük xəz papaqlar bizə gülməli, dəbin rişxəndi kimi görünürdü.
Lakin bu il belə baş geyimi qışın trendi adını qürurla daşıyır. Yəqin
ki, ananızda belə baş geyimi tapılar. Xəz papaqlar soyuq günlərdə
qulaqlarınızı isti saxlayacaq, həm də qış tərzini vurğulayacaq.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!