Ulduzların ilhamverən stil vərdişləri

Ulduzların ilhamverən stil vərdişləri
Qadın dünyası
10.09.2017 2
Bu dəfə isə bir yox, cazibədarlığı və stili ilə son illərə damğa vuran bir neçə gözəl haqqında məlumat əldə edəcəksiniz.

 

Bütün
dəbsevərlər bilir ki, hər bir xanımın stilini əvəzsiz edən
aksessuarlardır. Doğru aksessuar seçimi ilə ən sadə geyimi şıq hala
gətirmək mümkündür. Təsadüfi deyil ki, dünya ulduzları aksessuara
geyimdən daha çox pul xərcləyir. Dəb ilahələrinin çoxu özlərinə yaraşan
aksessuarı müəyyənləşdirdikdən sonra riskə getmir və demək olar ki,
bütün kombinlərində eyni tipli aksessuarlara üstünlük verirlər. Kimi
qırmızı xalı gecələrində, kimi də küçə stilində artıq imzası halına
gəlmiş aksessuarlarla dəb trendlərini müəyyən edir.

 

Həmin dəb ilahələrindən ən çox diqqətimizi çəkənləri təqdim edirik:

 

Oliviya Palermo – iddialı günəş eynəkləri

Məşhur
stil ikonası Oliviya Palermonun geyindiyi hər libas, istifadə etdiyi
hər aksessuar trendə çevrilir. Gözəl xanımın ən sevimli aksessuarı
iddialı günəş eynəkləridir. Palermo stilini daim parlaq şüşəli, böyük
çərçivəli eynəklərlə tamamlayır.

 

Eynəkdə ən çox pişikgöz və pilot modellərini sevir. Qara, qəhvəyi və bəbir printli eynəklərdən ibarət böyük kolleksiyası var.

Bleyk Layvli – iri sırğalar

 

Qırmızı
xalı gecələrinin ən dəbli, ən cazibədar ulduzlarından olan Bleyk Layvli
son illərin ən populyar moda ikonası hesab edilir. Həm xüsusi
gecələrdə, həm də gündəlik həyatda şıq görünməyə diqqət edən gözəl
aktrisa kombinlərini aksessuarlarla zənginləşdirməyi xoşlayır. Onun vaz
keçilməz aksessuarı isə sırğadır. Aktrisa iri, dəbdəbəli sırğalardan vaz
keçə bilmir.

 

Bleyk
qırmızı xalı mərasimlərində növbənöv, qiymətli daşlarla bəzədilən
bahalı zinət əşyalarını nümayiş etdirir. Gündəlik həyatda isə lüks
markalardan aldığı iri sırğaları taxır. Gözəl ulduz sırğalarının diqqət
mərkəzində olması üçün, adətən, saçlarını toppuz və ya at quyruğu yığır.
Bəzən də yana ayıraraq açıq saxlayır.

 

Kara Delevin – papaq

Son
illərn ən məşhur modeli Kara Delevin artıq özünü aktrisa kimi sınamağa
başlasa da, dəb aləmindən silinməyəcəyini stili ilə bəlli edir. Dünya
ulduzlarını bir araya gətirən tədbirlərdə şıqlığı ilə göz qamaşdıran
Kara gündəlik həyatda idman stilinə üstünlük verir. Çılğın ruhunu küçə
stilində əks etdirən gözəl ulduzun ən sevimli aksessuarı papaqdır.
Karanın papaqları onun rahat idman stili ilə uyğunlaşır. Adətən, tək
rəngdə olan, üzərində müxtəlif şüarlar yazılan papaqları seçir. Kara
üçün papaq taxmaq həyat tərzidir. Ona görə də, havanın isti və ya soyuq
olması onun üçün fərq etmir. Onu ilin hər mövsümündə papaqla görmək
mümkündür.

 

Miroslava Duma – dəbdəbəli boyunbağılar

Moda
dünyasına rəng qatan, özünəməxsus tərzi ilə daim diqqət mərkəzində olan
digər ulduz da Miroslava Dumadır. Rusiyanın ən gözəl geyinən
qadınlarından hesab edilən Duma tərzini aksessuarlarla vurğulamağı
sevir.

Dumanın
vazkeçilməz aksessuarı dəbdəbəli boyunbağılarıdır. Gözəl dəb ilahəsi
istər şıq, istərsə də, gündəlik kombinlərini iri, rəngarəng
boyunbağılarla  tamamlayır.

 

Teylor Svift ‐ zoğalı çanta

Teylor
Svift yalnız mahnıları ilə deyil, özünəməxsus stili ilə də pərəstişkar
sayını artırır. Hündürdaban ayaqqabı, qısa şort və donlar geyinməyi
xoşlayan Teylorun vazkeçilməz aksessuarı zoğalı əl çantasıdır. Xanımlar,
adətən, klassik qara və ya bej rənglərdə olan çantalardan çox istifadə
edir. Teylor zoğalı rəngdə çantanın da hər cür geyimlə yaraşdığını sübut
edir.

 

Cessika Alba - şapka

Cessika
Alba deyəndə gözümüzün qarşısında zərif, məsum üz cizgilərinə sahib
qadın canlanır. Rahat geyimlərlə şıq görünməyi bacaran nadir ulduzlardan
olan Cessika sadəliyi sevir. Elə aksessuarları da tərzinin sadəliyini
vurğulayır. Cessika Albanın ən sevimli aksessuarı şapkadır. Qara,
zoğalı, bej və ağ şapkaları çox xoşlayır. Şapkalar gözəl ulduzun küçə
stilinə rəng qatır.

 

Rihanna – üzüklər

Məşhurlaşmağa
başladığı ilk gündən etibarən, stili ilə dəb aləminə səs-küy salan
Rihanna aksessuarlardan istifadə etməyi çox xoşlayır. Kombinlərini şıq
aksessuarlarla tamamlayan cazibədar ulduz nə geyinməsindən asılı
olmayaraq, üzük taxır. O, demək olar ki, bütün barmaqlarını üzüklərlə
doldurur. Qəribədir ki, başqasında çox iddialı görünəcək bu stil
Rihannaya çox yaraşır. Onun seçdiyi üzüklər barmaqlarının üzərində olan
döymələrlə uyğunlaşaraq qeyri-adi görünür. Bu da ulduzun tərzini
təkrarolunmaz edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!