Ulduzsayağı geyinməyi öyrənin

Ulduzsayağı geyinməyi öyrənin
Qadın dünyası
10.09.2017 10
Ancelina Colinin Bred Pittlə birlikdə çəkildiyi "Mavi sahil” filmi kinoteatrlarda nümayiş olunandan bəri aktrisanın oradakı imici bir çoxlarının xoşuna gəlib.

 Coli filmdə 70-ci illərdə  Fransada yaşanan burjua-zadəgan qadın obrazını canlandırır.

 

Aktrisanın
"Mavi sahil”dəki geyim tərzi təqdirəlayiqdir. Qeyd edək ki,  rolun
maksimum dərəcədə inandırıcı alınması üçün Hollivudun ən tanınmış
stilistləri obraz üzərində xırdalıqlarına qədər düşünüblər. Biz də bu
yazıda qəhrəmanın geyim tərzi haqqında danışmışıq.

 

Film
mavi sahil kadrları ilə açılır, sonra kabrioletdə oturan gözəl bir
xanım peyda olur. Bu xanımın başına qoyduğu yanları enli böyük, qara
şlyapa onu daha sirli göstərir. Küləyin təsiri ilə boğazına bağladığı
şifon şərf onun məlahətli obrazına incəlik bəxş edir...

 

Qara şlyapa

Bu
filmdə qara şlyapa aktrisanın üslubunun əsas elementi sayılır. Coli
film boyu bu aksessuardan bir neçə kadrda istifadə edib. Bu baş örtüyü
Colinin görkəminə gözəllik və zəriflik verir. Şlyapanın  özünəməxsusluğu
ondadır ki, onlar sadə saç düzümünü mükəmməl şəkildə tamamlayır,
yığılmış saçlarla ahəngdarlıq təşkil edir və əzəmətli xanım obrazı
yaradır. Yeri gəlmişkən, onu da qeyd edək ki, geyinilməsi xüsusi zövq
tələb edən bu baş örtükləri uzun zaman əsilzadəlik rəmzi sayılıb.

 

Coli
kimi yaraşıqlı görünmək istəyirsinizsə, şlyapanı bu ilin dəbi sayılan
bantlı bir bluzla və qara midi ətəklə uyğunlaşdırın. Obrazın effektli
alınması üçün taxma kirpikləri yaddan çıxarmayın.

 

Başdan-ayağa bəyaz

Colinin
fimdəki geyim tərzi onun real həyatdakı üslubuna çox yaxındır. Belə
ki, filmdə aktrisa minimalizm qaydalarından kənara çıxmayıb. Məsələn,
bir çox kadrda başdan-ayağa ağ geyinib və bu obrazı 70-ci illərin böyük
çərçivəli eynəkləri ilə tamamlayıb. Coli filmin sonuna qədər bu eynəkdən
ayrılmır və böyük ekranda onlar aktrisanın cazibəli dodaqları ilə
rəqabət aparır...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!