Hər qadının şkafında olmalıdır

Hər qadının şkafında olmalıdır
Qadın dünyası
10.09.2017 16
Cins şalvar:

Bu
şalvarlar illər keçsə də, modadan düşmür. Hər mövsümdə bir neçə kiçik
dəyişikliklərlə yenidən qarşımıza çıxır. İstədiyimiz kimi kombin edə
bilməyimiz bu şalvarların ən böyük xüsusiyyətidir.

 

Ağ köynək:

Ən
klassik parçalardan biri olan ağ köynəklər hər qadının imtinaedilməz
geyim parçalarındandır. Klassik, idman və gündəlik bir çox stil
geyimlərlə də rahatlıqla kombin edə bilərsiniz. Bu köynəkləri hər mövsüm
rahatlıqla istifadə etmək mümkündür.

 

Qara kiçik paltar:

Koko
Şanelin illər əvvəl atdığı bir addımdır, indiki vaxtda da təsirini
davam etdirir. Qara kiçik paltar illər keçdikcə, daha çox əhəmiyyət
qazanır. Fərqli model və seqmentləri ilə çox qadının ən əsas hissəsi
halına gələn bu paltarlar bir çox fərqli şəkildə də kombin edilir. Gecə
çölə çıxmağı sevən birisinizsə, şkafınızın bir küncündə qara paltar
mütləq olmalıdır. Qara dikdaban ayaqqabı: Keyfiyyətli və qəşəng bir qara
dikdaban ayaqqabıya xərclədiyiniz pul həyatınızı qurtara bilər.
Aldığınız bir ayaqqabını diqqətli bir şəkildə illərcə istifadə edə
bilərsiniz.

 

Qara çanta:

Evdən
tez bir zamanda çıxmanız lazımdır və geyiminizə uyğun bir çanta tapa
bilmirsiniz və budur, o anlarda qara bir çanta ən böyük xilaskarınız
olur. Bir qadının ilk çanta seçimi qara rənglə başlayır. Şkafınızda daim
ən böyük xilaskar vəzifəsini boynuna götürür. Qara çantanın modeli nə
olursa olsun elə də asan dəbdən düşmür.



İdman ayaqqabısı:

İdman
etsək də, etməsək də, hamımızın istifadə etdiyi ayaqqabılar təbii ki,
idman ayaqqabılardır. Gün ərzində rahatlıqla seçim edə biləcəyimiz bir
ayaqqabı növüdür. Rahatlığı müzakirə edilməz bir gerçəklikdir.



Dar ətək:

Dar
ətəklər hər qadının şkafında olması lazım olan təməl parçalardan
biridir. Xüsusilə qara, ağ, boz kimi əsas rənglər hər mövsüm rahatlıqla
istifadə edilə bilər. Amma naxışlı modelləri də indiki zamanda mod
sayılır. Həm qəşəng, həm də klassik bir parça olan qələm ətəklərin
bundan əvvəl olduğu kimi bundan sonra da moda olacağı gözlənilir.



Blazer pencək:

Bu
pencəklər indiki dövrdə həm klassik, həm də idman parçaları arasında
iştirak edir. Həmçinin, ofisdə və ya ofis xaricində sevərək istifadə
edilən bu geyim sayəsində daha havalı bir görünüşə sahib  olduğumuz da
bir həqiqətdir

 

Babet:

Xüsusilə
yaz-yay aylarında sevərək istifadə edilən edilir. Model müxtəlifliyi
sayəsində sizə ən uyğun olanı seçərək illərcə istifadə edə bilərsiniz.



Saat:

Doğru
saat seçimi bir qadının stili haqqında ipucu verən təməl faktlardan
biridir. Stilinizə uyğun keyfiyyətli və qəşəng bir saat seçimi etməniz
doğru bir aksessuara sahib olacaqsınız deməkdir.



Şal:

Yaz,
qış ən ikonik parçalardan olan şallar sizi daha çox stil sahibi kimi
göstərəcək. Hər kəsin mütəmadi olaraq, istifadə etmədiyi bu parçaları
seçim etməlisiniz.

Kəmər:

Həm
xilaskarınız, həm aksesuarınızdır. Fərqli bağlama üslubu və doğru bir
seçimlə ətrafınıza işıq saça bilərsiniz. Kəmərlərin modelləri dəyişsə
də, modası keçmir.



Bot / Çəkmə:

Qış aylarının
ən rahat parçası nədir deyə soruşsalar, çoxumuz qətiliklə, qışlıq bot və
çəkmələr deyərik. Qışda şkafınızda qəşəng bir bot və çəkmələr varsa
qorxmayın, onlar həm sizi isti tutar, həm də stil sahibi edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!