Xanımların nəzərinə: dodaqlarınıza istədiyiniz formanı verin

Xanımların nəzərinə: dodaqlarınıza istədiyiniz formanı verin
Qadın dünyası
10.09.2017 32
Əgər dodaqlarınızın görüşünüzdən narazısınızsa, balaca makiyaj hiylələri ilə onu istədiyiniz formaya sala bilərsiniz.



Dodaqlarınız böyükdürsə

Qadınlar.biz ə istinadən
bildirir ki, böyük dodaqları kiçik göstərmək üçün dodaq konturunu
dodağın iç hissəsindən çəkmək lazımdır. Açıq rəngdə çəkilən konturun
içinə, çərçivədən daha tünd rəngdə dodaq boyası vurun.



Dodaqlarınız qalındırsa

Qalın dodaqlara sərt və parlaq rənglər vurmayın. Dodaqların
iç qismindən çəkilən dodaq konturu ilə dodaq boyasının eyni rəngdə
olmağına fikir verin.



Dodaqlarınız incədirsə

İncə dodaqların daha dolğun görünməsi üçün konturu dodaq xəttinin xaric hissəsinə çəkin.



Alt və üst dodaqlarınız bir-brinə uyğun gəlmirsə

Alt və üst dodaqların qalınlıqları bir-birinə uymursa,
müxtəlif iki tondan istifadə edin. Qalın dodaq üçün tünd, incə dodaq
üçün isə açıq ton seçin.



Alt dodağınız daha böyükdürsə

Alt dodağı boyayarkən bir az kiçiltmək lazım gələcək. Bunun
üçün orta hissədən başlayaraq dodaq cizgisinin bir az içindən
dodaqların birləşdiyi yerə qədər boyanı çəkin.



Üst dodaq daha çox önə çıxırsa

Üst dodağın ortasını müəyyən edən V şəkilini dodaq
cizgisinin bir az içindən çəkərək, dodaq qıvrımı olan hissəyə qədər
qələmlə boyayın. Alt dodağı isə bir az dağınıq şəkildə boyayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!