Çantanızı bədən quruluşunuza görə seçin!

Çantanızı bədən quruluşunuza görə seçin!
Qadın dünyası
10.09.2017 27
Tərzi ilə yaddaşlarda qalmaq istəyən hər bir xanım ən önəmli aksessuarın çanta olduğunu bilir.



Çantanı isə ilin trendlərinə görə yox, bədən quruluşuna uyğun seçmək lazımdır.



Qadınlar.Biz bədən tipinə uyğun çanta seçməyin qaydalarını təqdim edir:



*Kök xanımlar enli, geniş çantalar seçməlidir.

Çantanız iri və kvadrat formada olmalıdır. Kiçik çantalar sizi
olduğunuzdan daha kök göstərə bilər. Odur ki, kiçik çantalardan vaz
keçin.



*Xırda sümüklü, incə qadınlar isə kiçik çantalardan istifadə
etməlidir. Böyük çantalarla şıq görünməyiniz mümkün deyil. Klatçlar,
çiyindən asılan çantalar sizin üçün idealdır.



*Armud şəklində bədənə sahibsinizsə, yəni bədəninizin üst tərəfi
incə, alt tərəfi isə kökdürsə, çanta seçərkən diqqətli olmalısınız.
Çünki bu halda diqqəti bədənin üst hissəsinə çəkməlisiniz. Bunun üçün
qısa qulplu çantalardan, qoltuqaltında daşıya biləcəyiniz düz
klatçlardan istifadə edə bilərsiniz.



*Döşləriniz iri, belinizin alt hissəsi arıqdırsa, bu zaman əldə daşınan çantalara üstünlük verməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!