Qısa çəkmələr necə geyinilir?

Qısa çəkmələr necə geyinilir?
Qadın dünyası
10.09.2017 29
Qısa çəkmə modelləri
2015-2016 sezonunun yeni trendlərindən biridir. Payız və qış aylarının
sevimlisi olan bu çəkmələr nə ilə və necə geyinilir? Qaydaları
Qadinlar.bizin bu yazısından öyrənin.



Biləkdən olan çəkmələrin daha çox geyinildiyi parçalardan biri
taytlardır. Əgər ayağınız qısadırsa, geydiyiniz tayt rəngində çəkmə
geyinin. Taytı çəkmənin içinə salın. Əgər taytın ayağı çəkmənin içinə
girəcək şəkildə uzun deyilsə, mütləq həmin rəngdə corab geyinin.

Qış aylarında dizüstü corablar, midi ətəklər və qısa çəkmələr geyinə bilərsiniz. Çəkmənin içindən çıxan uzun corablar dəbdədir.



Qısa çəkmələr dar
cinslərlə necə geyinilməlidir? Dar şalvarların ayağı çəkmənin içinə
salınmalıdır, ya yuxarı qatlanmalı? İlk əvvəl çəkmənin bilək qisminin
biləyə tam oturub oturmadığına diqqət edin. Əgər biləkləriniz qalındırsa
və boyunuz balacadırsa, onda biləyə tam yapışmayan çəkmə geyinin.
Əsasən də bilək qismi V şəkilli çəkmələr geyinin. Dar ayaqlı şalvarı
çəkmə ilə geyinmək üçün iki yol var. Birincisi, şalvarın ayağını çəkmə
başlayan yerdən kəsdirmək, ya da şalvarın ayağını yuxarıya doğru
qatlamaq.

Şalvarın ayağını çox geniş bir şəkildə qatlasanız, boyunuz olduqca
qısa görünər. Qalın qatlamaq da qalın göstərər. Şalvarı qatlayarkən
dəriniz azacıq görünəcək şəkildə qatlayın.



Qısa çəkmələri geyinə biləcəyiniz ən uyğun parçalardan biri də don və
ətəklərdir. Boyunuzu qısa göstərməsin deyə corab və çəkmə rəngini eyni
seçin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!