Soyuq havada da dəbli görünmək mümkündür

Soyuq havada da dəbli görünmək mümkündür
Qadın dünyası
10.09.2017 9
Qadınların
çoxu qışda dəbli görünməkdə çətinlik çəkir. Çünki bilmirik zövqlü
geyinək, yoxsa özümüzü soyuqdan qoruyaq. Ancaq narahatçılığa ehtiyac
yoxdur.

 

Qalın corabla ətək kombini

Soyuq
havadan qorxub ətəkdən vaz keçməyin. Qışda soyuqdan donmamaq üçün az
qala ətəkləri gizlədirsiniz, elə deyilmi? Halbuki, soyuqdan donmamaq
üçün ətəkləri qarderobdan yığışdırmağa gərək yoxdur. Məktəb vaxtı
geyindiyiniz qalın corabları xatırlayırsınızmı? Bəli, həmin corablar
hazırda çox dəbdədir. Dizə qədər uzanan çəkməni yun ətəklə kombin edib
dəbli qış obrazı yaradın.

 

Dar şalvarla bol sviter

Bədən
quruluşunu mükəmməl göstərən dəstlə tanış olmaq istəyirsinizsə, dar
şalvarı bol sviterlə birləşdirin. Qadınların çoxunun ayaqları qalın olsa
da, bol sviter bu qüsurları vizual olaraq örtür. Bir də ayaqları isti
saxlayan uqqilər bu kombini tamamlamaq üçün ideal variantdır.

 

Uzun əlcəklər

Fərqli
üslubları bir-biri ilə qarışdırmaqdan çəkinməyin. Qışda küçəyə çıxanda
uzun əlcəkləri unutmaq böyük qəbahətdir. Dəri əlcəklər də qışın
əvəzedilməz aksessuarıdır. Ekzotik və zamşa dərilər də öz dəbini qoruyub
saxlayır. Xəz şərflər də həmişəki kimi aktualıdır.

 

Yun çantalar

Toxunma, yun çantalar son zamanlarda çox dəbdədir. Yun şərf, papaq və əlcəklərlə uyğun olan toxuma çantalardan siz də alın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!