Kişiləri yatmaq şəkilindən tanıyın - TEST

Kişiləri yatmaq şəkilindən tanıyın - TEST
Qadın dünyası
10.09.2017 17
Sevdiyiniz kişini qoxusundan, təbəssümündən, geyim tərzindən ya da dinlədiyi musiqidən tanıya bilərsiniz. Amma inanın, onun əsl şəxsiyyəti yatış şəklində gizlənir.



BƏDƏN TƏMASINDAN QAÇIRSA

Nəinki onu qucaqlamaq, barmaq uclarınız bədəninə dəydiyində belə yata bilmir, yuxu əsnasında yatağın o biri ucuna doğru uzaqlaşır, sizə kürəyini dönürsə...bütün bunlar birlikdə olduğunuz kişinin sizi sevmədiyi mənasını vermir. Onun yalnız azad olduğunu bilməyə ehtiyacı var. Belə müstəqilliyə düşkün kişiyə zövqləri və hobbiləri üçün bir az daha çox zaman buraxın. Özüylə baş-başa qalmaq istədiyi zaman ona güzəştə gedin. Unutmayın, sizə qarşı sevgi və şəfqət dolu olması üçün o özünü məhdudlaşdırılmış hiss etməməlidir.



ÇILPAQ YATIRSA

Qorxmayın, bir nümayişçi ilə birlikdə deyilsiniz. Qışın ən soyuq günlərində belə yatağa çılpaq girən bir kişi bunu şüuraltında müstəqilliyinin və kişiyə xaslığının bir göstəricisi olaraq gördüyü üçün edər. Özüylə və həyatla barışıqdır. Tək bir qüsuru vardır, o da özünü çox bəyənməsidir. Dünyanın onun ətrafında dönmədiyini anlaması üçün bir az burnunun sürtülməsi lazim ola bilər. Burada da iş başa düşür. Onu çox tərifləməyin və xüsusilə bədənində tapdığınız qüsurları hərdənbir üzünə söyləməkdən qaçınmayın.



BİR SAĞA BİR SOLA DÖNÜRSƏ

Yatağı döyüş sahəsinə çevirən, dayanmadan tərpənən kişilər ümumiyyətlə oyanıqkən həddindən artıq dərəcədə sakit, səssiz və dinc tiplərdir. Ümumiyyətlə enerjilərini gecəyə saxlayar, bütün narahatlıqlarını yuxuya təslim edərlər. Yatağa girərkən qorxu və narahatlıqlarınıda özüu iə bərabər gətirərlər. Əgər sevdiyiniz kişi yataqda dörd dönürsə gecənin bir yarısında onu dürtərək oyandırmaq yerinə axşam yeməklərində gününün necə keçdiyini, canını sıxanın nə olduğunu soruşun, sizinlə dərdləşməsi üçün onu cəsarətləndirin.



SIX QUCAQLAYIRSA

Sizi möhkəm-möhkəm qucaqlamadan yuxuya getmir? Qulağa çox romantik gələ bilər heç olmasa təzə eşqlərdə. Lakin uzun və davamlı bir əlaqəniz varsa birlikdə olduğunuz kişinin sizi bu qədər möhkəm qucaqlaması üzərinizdə iqtidar qurmaq istədiyi və ona aid olduğunuzu düşündüyü mənasına gələ bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!