Yeni ildə maliyyə vəziyyətimizə təsir edəcək rənglər

Yeni ildə maliyyə vəziyyətimizə təsir edəcək rənglər
Qadın dünyası
10.09.2017 5
Yeni il bayramı hər kəsə öz təxəyyülünü geniş şəkildə təzahür etməyə imkan verir. Bu bayramın gəlişi hər yerdə hiss olunur. O yeməklərdə, mənzillərdə, küçələrdə, ofis və geyimlərdə hiss olunur. Bunun üçün yeni bir paltar almaq vacib deyil, köhnə bir paltara da müxtəlif maraqlıaksessuarlar əlavə etməklə, onu yeni kimi göstərə bilərsiniz. Təbii ki, bu, sizin fantaziyanızdan asılıdır.

  

Yeni ilin ənənəvi rəngləri

Bayramı
ilin üzərində təhvil oldunduğu  heyvana uyğun rəmzlər və rənglərdə
qarşılamaq artıq ənənə halını alıb. Bu ilin Sarı Meymun üzərində təhvil
olduğunu nəzərə alsaq, geyimləri də ona uyğun seçmək lazımdır. Məsələn,
seçiminizdə qırmızı, narıncı, sarı, qəhvəyi, tünd qırmızı, qızılı,
sədəf, mərcan rəng, şokolad və sair rənglərdən istifadə edə bilərsiniz.

Meymun
ilinə uyğun bir paltar seçsəniz, ilin səbəbkarını da xeyli
sevindirəcəksiniz. O isə öz növbəsində sizin bu səxavətli addımınızı
layiqli şəkildə qiymətləndirəcək. Unutmaq olmaz ki, Meymun,
orijinallığı, yaradıcılığı və dəbdəbəni sevir. Buna görə də, rəng
parlaqlığı ilə seçilən paltarlara üstünlük verir.

 

Yeni
ili qarşılamaq üçün ən yaxşı variant al-qırmızı rəng olacaq. Ayaqqabı
və aksessuarları qırmızı rəngdə seçə bilərsiniz. Çünki qırmızı məhəbbət
təcəssümü, ehtiraslı münasibətlər, həm də şan-şöhrət deməkdir. Bu
səbəbdən, 2016-cı ildə ehtiraslı münasibətlər, pul, işdə yüksəlmək və
mənfəət əldə etmək istəyirsinizsə, al-qırmızı paltar alın.  

 

Əgər
hər il qırmızı rəngdə paltar geyinməkdən bezmisinizsə, onu sarı və
narıncı kimi diqqət cəlbedici rənglərlə əvəzləyin. Kişilər də qalstuk və
digər aksessuarları bu rənglərdə seçə bilər.

Göy
rəng uğur və rahatlığı simvolizə edir. Gələn il ailə qurmaq, ikinci
yarını tapmaq istəyənlər bu rəngdə paltar seçsinlər. Göy rəng karyerada
da yüksək mövqe əldə etməyə kömək edir.

 

Yeni
ildə var-dövlət qazanmaq istəyirsinizsə, 2016-cı ili sarı və ya
bənövşəyi rəngli paltarda qarşılayın. Maliyyə vəziyyətini maksimum
dərəcədə yüksəltmək üçün bu iki rəngi birləşdirmək də olar.

Təhsillə bağlı arzularınız varsa, narıncı və ya qəhvəyinin çalarlarını seçin. Onda uğur mütləq sizin də qapınızı döyəcək.

 

Yeni
ildə yeni dostlar qazanmaq və öz həyatınızda əsaslı dəyişikliklər
etmək, öz mövqeyinizi möhkəmləndirmək istəyirsinizsə, ağ və gümüşü
rəngli paltar seçin. Çünki məhz belə tonlar planlarınızın reallaşmasında
sizə yardımçı olacaq.

 

Gələn
il övlad sahibi olmaq istəyənlərə isə ağrəngli libas seçmək tövsiyə
olunur. Amma obraza mütləq qırmızı bir detal əlavə edin.

 

Paltarı getdiyiniz məkana uyğun seçin

 

Yeni
il axşamını dostlarınızla birlikdə restoranda qeyd etməyi
planlaşdırırsınızsa, bu halda zərif bir paltar seçməlisiniz. Kişilər isə
smokinq, yaxud maksimum dərəcədə klassik stildə geyinməlidir.  Əgər
bayramı evdə keçirəcəksinizsə,  bu, maskarad kostyumu və ya ekstravaqant
bir paltar, yaxud rahat ev geyimi ola bilər.

 

Yeni
il şənliyini səs-küylü bir yerdə qeyd etməyi düşünürsünüzsə, gecə üçün
xüsusi kostyum tikdirməyi təklif edirik. Bu sizin fantaziyanızı nümayiş
etdirməyə imkan verəcək. Məsələn, qar kraliçası personajı kimi görünə
bilərsiniz.

 

Yeni
ili ailə üzvlərinin əhatəsində  keçirmək komfort və rahatlıq deməkdir.
Siz bütün gecəni  dikdaban ayaqqabılarda gəzməli və əziyyət çəkməli
olmayacaqsınız. Ev şəraitində də deyib-gülə, müsabiqələr  təşkil edə, ən
əsası, doyunca rəqs edə bilərsiniz. Mühüm olan bayramı xoş ovqatla
qarşılamağınızdır.

Onu
da qeyd edək ki, Yeni il axşamı üçün darıxdırıcı və ciddi libaslar
seçmək qəti məsləhət deyil. Məsələn, ətək karandaşla bluz birləşməsi
düzgün seçim deyil. Bluzu daha dəbdəbəli və zərli kofta ilə əvəz etmək
daha yaxşı fikirdir. Kokteyl paltarlar isə istənilən məkan üçün
uyğundur.

 

Bu
gecə klatçlar və çantalar haqqında unutmaq olmaz. Siz parıltılı və ya
gül çiçək detalları ilə bəzədilmiş çantalar seçə bilərsiniz.

Arzuladığımız
paltarı aldıqdan sonra obrazı tamamlamaq üçün irihəcmli zinət əşyaları
seçin. Yuxarıda qeyd etdiyimiz kimi, ilin rəmzi olan meymun parıltını
çox sevir. Ona görə də, yeni il axşamı üçün mücrünüzdən ən cəlbedici
zinət əşyasını seçin. Əlbəttə ki, onlar ziyafət libası ilə uzlaşmalıdır.

 

Əgər
sizin qızıllarınız, bahalı daş-qaşınız yoxdursa, kədərlənməyə dəyməz.
Çünki Meymun çox gözəl bijuteriyaları da böyük həvəslə qəbul edəcək.

Saç düzümü ilə parlaq makiyaj da obrazın qüsursuz alınmasında həlledici rol oynayır. 

Aşağıdakı fotolardan Yeni il axşamı üçün ziyafət libasını aksessuarla düzgün kombin yollarını öyrənə bilərsinizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!