Mənəvi gücümüz nə qədərdir? - TEST

Mənəvi gücümüz nə qədərdir? - TEST
Qadın dünyası
10.09.2017 10
Nə qədər xoşbəxt, optimist bir insan olsaq da, həyatda müəyyən xoşagəlməz hadisələr, problemlərlə üzləşirik. Bəzən bu problemlər fiziki cəhətdən yorucu olmaqla yanaşı, mənəvi cəhətdən də tükədici ola bilər. Məsələnin fiziki tərəfi bizim fiziki gücümüzə bağlıdır. Bəs mənən necə, dözümlüyükmü?



Sizə təqdim etdiymizi testin suallarına ,,bəli” və ,,xeyr” cavablarını verin. Hər bir "bəli cavabı üçün özünüzə 1 bal hesablayın.



1. Müsbət hadisələrin əvvəlcə zövqünü yaşayıram, neqativ hadisələrdən dərs çıxarıram.

2. Qarşımda qoyduğum məqsədimə çata bilmədiyim üçün narahat olmuram, planlı, nizamlı və səbirlə çalışaraq hədəfimə çataram.

3. İnsanları ürəkdən sevirəm, maraqlandığım kifayət qədər dostum var.

4. Özümü başqaları ilə müqayisə etmərəm, öz-özümlə yarışaraq əlimdəki dəyərlərin fərqinə vararaq şükür edərəm .

5. Müqəddəs hisslər içində səssizliyə çəkilə bilər, ürəkdən dua edə bilərəm.

6. Boş oturmağı, lazımsız yuxu, yararsız məşğuliyyətləri sevmirəm.

7. Mən və başqaları xəta edəndə bilərəkdən gec reaksiya verər, səbəbləri analiz edərək məntiqli mövqe tutaram .

8. Haqsızlıq etməməyə diqqət edərəm, amma qarşıma çıxan hər kəsi razı etmək məcburiyyətində deyiləm.

9. Özümü ,,mənliyim”lə birgə mənimsəyər, özümə dəyər verər, inkişafıma diqqət yetirərəm.

10. Keçmiş neqativ hadisələrdən dərs alıb tezliklə unudaram və həmişə gələcəyə baxaram.

11. Pulu dəhşətli dərəcədə sevmirəm, israfdan kənar durar, eqoist zövqümün əsiri olmaram.

12. Ən çətin şərtlərdə Allaha və bacarıqlarıma güvənər, daxilə qapanmaq əvəzinə fəaliyyətə keçərəm.



Balları hesablayın və nəticələri çıxarın:

1-3 bal: Özünüzü çox narahat hiss edirsiniz, ruhi gücünüz çox aşağıdır. Bu baxımdan dəyişməlisiniz. Özünə güvəninizi artırmağa çalışın.

4-7 bal: Həyat yavaş-yavaş sizə ağır gəlməyə başlayır. Müsbət tərəflərinizi inkişaf etdirin.

8 və daha çox bal: Çox güclüsünüz. Asanlıqla məğlub olmazsınız. Həyatı sizinlə bölüşmək çox gözəldir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!