Necə yatmağınız xarakterinizi açır - TEST

Necə yatmağınız xarakterinizi açır - TEST
Qadın dünyası
10.09.2017 13
İnsanın hansı pozada yatması onun barəsində xeyli məlumat verir - o, nə haqqında fikirləşir, nə hiss edir və nə istəyir...



Psixoloqlar
müəyyən ediblər ki, yuxu zamanı insanın poza ilə onun dünyagörüşü
arasında sıx əlaqə mövcuddur. Bundan əlavə, mütəxəssislər iddia edirlər
ki, insanın bədən dili heç zaman yalan danışmır. Elə isə insanın yuxu
zamanı tutduğu poza bizə nələri deyə bilər?

İnsanın tutduğu poza onun
şüuraltısı ilə bağlıdır. Söz vasitəsilə ünsiyyət zamanı insan öz şüurun
idarə edə bilir və bunun sayəsində öncədən yalan informasiya verə
bilər.

Bədən dilini isə aldatmaq mümkün deyil. Buna görə, bizim
pozalar, mimikalar və jestlər bizim haqda sözlərdən daha çox məlumat
verir. Ən dəqiq məlumatı isə yuxu zamanı insanların tutduğu poza verir.

Gümrah
halda insan öz mimika və jestlərini idarə etməyi qismən öyrənə bilər.
Yatan insanın şüuru isə qeyri-aktiv vəziyyətdə olur və onun bütün
hərəkətləri sırf şüuraltı vəziyyətdə yönəldilir. Əlbəttə, heç bir insan
bütün gecəni eyni vəziyyətdə yata bilməz.

Gecə ərzində insan 40
dəfəyə qədər öz pozasını dəyişə bilər. Əgər o stress vəziyyətindədirsə,
onda bu hal daha tez-tez təkrarlanacaq. Lakin bütün bunlara baxmayaraq,
hər bir insanın tez-tez istifadə etdiyi poza mövcuddur. Adətən bu poza
yuxudan duran anda bədənin yerləşdiyi vəziyyətə olur (təbii ki, bu zəng
səsi ilə ayılan ana aid deyil. Çünki zəng sizi yuxunun istənilən
studiyasında yaxalaya bilər).

 

1. Bel üzərində yatmaqAdətən
belə pozada olan insan çox rahatdır. Bu poza insanın özünə inamından və
psixoloji gücündən xəbər verir. Belə insanlar istənilən həyati
situasiyada özlərini inamlı hiss edir, daim yeni informasiyalar və
tanışlıqlar qəbul etməyə hazırdır. Lakin özünə inam özünə arxayınçılıqla
əvəzlənə bilər. Bunun göstəricisi kimi bu pozanın hipertrofiyası və
çarpayının böyük hissəsini əhatə etməsini göstərmək olar.

 

2. Bükülü yatmaq

Bu
pozada insanlar çiyni üstə yatır, ayaqlarını bükür və qarnına doğru yan
alır. Belə insanlar adətən özünü yaxud Adətən, insan çarpayının uzaq
küncünə doğru uzanır və daha çox məkan tutmağa çalışır. Bu pozada yatan
insanlar real həyatdan qorxur və ətrafında baş verən hadisələrdə iştirak
etmək istəmir. Belə insanlara onları real həyat çətinliklərindən
qoruyacaq və məsuliyyəti öz üzərinə götürəcək lider, hami yaxud
müdafiəçi çox lazımdır.

 

3. Qarın üzərində poza

Bu
pozada insan qarnı üzərində yatır və çarpayını qucaqlamaq istəyir.
Əllər isə adətən, yastığın üzərində yaxud bədənin yanı boyunca yerləşir.
Ayaqlar isə sıxılmır, əksinə aralanır. Bu pozada yatan insan öz
həyatını idarə etməyə və öz qərarlarını özü verməyə çalışır.

Bundan
əlavə, öz qərarlarını və hərəkətlərini yeganə düzgün yol bilən qarın
üzərində yatan insanlar tənqidi çətinliklə qəbul edirlər. Bundan başqa
bu poza insanda öz məqsədinə çatmaq üçün fövqəl inaddan və xırdalıqlara
həddən artıq diqqətdən xəbər verir.

 

4. Böyrü üzərində poza

Sonuncu
pozada insan ilk pozadakı kimi sıxılmış vəziyyətdə olmur. Onun əlləri
və ayaqları önə doğru yönəlib və bir qədər sıxılmış vəziyyətdədir. Bir
qayda olaraq belə pozanı "bükülü poza”dan bədənin daha rahat yerləşməsi
ilə ayırmaq mümkündür. Gecənin çox vaxtını bu pozada keçirən insanlar
analitik biliklərə, sakitliyə və etibarlılığa malikdirlər. Onlar xüsusi
gücə və psixoloji gücə malik olmasalar da, çox asanlıqla həyati
situasiyalara uyğunlaşır və çətinlikləri asanlıqla dəf edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!