Yeni il gecəsi parıldamağa hazır olun

Yeni il gecəsi parıldamağa hazır olun
Qadın dünyası
10.09.2017 20
Pulcuqlar, biserlər, parıltılı muncuqlar, daşlar və zərli parçalar... Bunlar hamısı Yeni ilin gəlişindən xəbər verir.

 

Alış-verişdə gözucu baxdığınız parıltılı paltarları geyinmək üçün Yeniil gecəsi əla bəhanədir. Hər yerdə parıltının, bəzəklərin, şam ağaclarının işıq saçdığı zamanda siz niyə bütün bunlarda kənarda qalasınız ?! Yeni il gecəsi - parlamaq və əylənmək deməkdir.

 

 "Sophia
Webster”, "Oscar de la Renta”, "Dolce&Gabbana”, "Saint Laurent”,
"Jimmy Choo”, "Versace”, "Giuseppe Zanotti”, "Edie Parker”,  "Rochas”, 
"Delpozo” kimi moda evləri xanımların arzularını reallaşdırmaq
vəzifəsini öz öhdələrinə götürüblər.  

 

Sözügedən
moda evləri bayram gecəsində par-par parıldamaq istəyən xanımlar üçün
 bir-birindən parıltılı, zərli və diqqətçəkən aksessuarlar hazırlayıb.

 

Dizaynerlər
ənənəyə sadiq qalaraq, bu il də çox səxavətli davranıblar. Onlar bu
aksessuarlarda zərdən və biserdən bolluca istifadə ediblər. Bütün ili
bizə sadəliyi və zərifliyi məsləhət görən dizaynerlər Yeni il gecəsi
istənilən çılğınlığı geyimlərdə tətbiq etməyə icazə verirlər.

 

Yəqin
ki, heç bir xanım dəbdəbəli yeni il ağacının yanında sönük və
darıxdırıcı görünmək istəməz. Odur ki, bayram günü parıldamağa hazır
olun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!