Kişi geyimində qadın cazibəsi

Kişi geyimində qadın cazibəsi
Qadın dünyası
10.09.2017 10
Kim
deyir ki, kostyum kişi geyimidir? Hollivud gözəlləri ciddi kişi
kostyumunun qadın seksuallığını vurğulayan əvəzolunmaz geyim olduğunu öz
timsalında çoxdan sübut edib.

 

Əlbəttə,
biz təmtəraqlı ziyafət libaslarını çox sevirik. Lakin qadın bədəni də
bəzən rahatlıq axtarışında olur. Bu zaman köməyə kişi qarderobu, daha
doğrusu, qadınların dolabına daxil olan maskulin geyimlər gəlir. Qadın
qarderobunda kişi kostyumlarının olması 50 il əvvəlki tək inqilabi
hadisə hesab olunmur.

 

Maskulin tərzinin əsas xüsusiyyətləri

 

Qeyd
edək ki, maskulin kişi geyimi əsasında yaradılan qadın paltarlarıdır.
Ancaq diqqət yetirilməli bir məqam var ki, maskulin tərzi qadınların
kişi geyimləri geyinməsi demək deyil. Xanımların maskulin geyim tərzi
kişi geyiminin modern variantıdır. Bunu doğru aksessuarlarla
uyğunlaşdırdıqda isə gözəl bir obraz meydana çıxır.  

 

Artıq
neçənci mövsümdür ki, aparıcı moda evlərinin podiumlarında model
qızların əynində ciddi kişi geyimlərinə rast gəlirik. Lakin bu ziddiyyət
xanımların zərif görünməsinə mane olmur. Əksinə, onları daha cəlbedici
və ehtiraslı göstərir. Dizaynerlərin fikrincə, maskulin tərzi qadınlara
geyimdə fərqlilik yaratmaq üçün gözəl imkanlar verir və bu zaman onlar
özlərini çox rahat hiss edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!