İllər boyu dəyişən qadın gözəlliyi

İllər boyu dəyişən qadın gözəlliyi
Qadın dünyası
10.09.2017 13
Zaman ötür, onunla birlikdə gözəllik etalonları da dəyişir. Bu isə o deməkdir ki, hər bir dövr öz qaydalarını diktə edir. Məsələn, 50 ilqabaq mövcud olan gözəllik tendensiyaları bu gün artıq aktual deyil. Hətta
müasir dövrün gözəllik tendensiyaları ilə əvvəlki illərin
tendensiyaları bir-birindən kəskin şəkildə fərqlənir. Bu da qadınların
gözəllik naminə ən ağlasığmaz hərəkətləri etməyə hazır olmaları ilə
bağlıdır.



1910-cu illər

1910-cu
illər moda tarixində Qibsonun qızları dövrü kimi yadda qalıb. Bu dövr
məşhur illüstrasiyaçı Çarlz Qibsonun şərəfinə adlandırılıb. O öz
rəsmlərində qızları викториан üslubunun təsiri altında təsvir edirdi.
Onun qələmindən beli sıxan korsetlər geyinmiş və qeyri-təbii dərəcədə
incə, çiyinləri isə enli görünən obrazlar süzülürdü. Əlbəttə, bu
şəkillər özü-özlüyündə çox gözəl idi, amma bu cür korsetlər sağlamlığa
zərərli idi. Bütün gün bu cür korsetlərdə gəzmək hər bir qadın üçün əsl
iztirab demək idi. Bu səbəbdən, o dövrün qadınlarəına həsəd aparmağa
dəyməz.

 

1920-ci illər

1920-ci
illər sərbəstlik dövrü adlanır. XX əsrin 10-cu illərində doyunca əzab
çəkən qızlar 20-ci illərdə xilas olurlar. Belə ki, qadın siluetində
kəskin dəyişikliklər baş vermişdi. Bütün qadın geyimlərində sərbəstlik
və rahatlıq  hiss olunurdu. Səsvermə hüququnu qazanan qadınlar artıq
kişi kostyumları geyinə və öz yeni hüququnu nümayiş etdirə bilərdi. Buna
görə də, o vaxt dəbdə olan geyimlər sərbəst biçimi ilə fərqlənirdi.
Oğlansayağı bədən quruluşu və kiçik sinə, demək olar, gözəllik etalonu
hesab edilirdi.

 

1930-cu illər

1930-cu
illər zərifliyi ilə yadda qalıb. Oğlansayağı bədən quruluşundan sonra
zərif bədən ölçüləri dəbə mindi. O, illərdə nərmə-nazik qızlar gözəl
hesab olunurdular.

 

1940-cı illər

1940-cı
illər güclü, qüvvətli qadın bədən quruluşu ilə xarakterizə olunur.
Şübhəsiz, müharibənin ideal qadın gözəlliyinə də təsiri açıq-aydın hiss
olunurdu. Çətin zamanlarda kişinin etibarlı köməkçisi və döyüş yoldaşı
olmaq vəzifəsini öz üzərinə götürən qadınlar təbii olaraq daha kobud
paltarlar geyinirdi. Məsələn, qadın geyimlərində enli çiyinlər gözə
çarpırdı. Güclü qadın silueti yaradaraq böyük   populyarlıq qazanan
çiyinliklər o dövrün tələbi idi.

 

1950-cı illər

Zərif
formalar 1950-ci illərdə yenidən qayıtdı. Çətin günlərdən sonra 50-ci
illərdə mədəniyyətdə yeni şəfəqlər görünməyə başlamışdı. Bu dövrdə gözəl
bədən quruluşu hakim idi: qəşəng sinə və zərif bel, cəlbedici ombalar.
Maraqlıdır, həmin vaxt qadınlar köklükdən şikayət etmirdi, əksinə
cəlbedici bədənə sahib olmaq üçün kökəlməyə can atırdılar. Çünki bu cür
bədən quruluşuna sahib olan xanımlar sağlamlıq və var-dövlət simvolu
sayılırdı. O dövrün ən yaxşı təmsilçiləri kimi Merilin Monro və Elizabet
Teyloru göstərmək olar.

 

1960-cı illər

60-ci
illərdə yeni ideallar yaranmışdı. Seksual inqilab arıq və yöndəmsiz
qızların populyar olmasına gətirib çıxarır. Məsələn, model Tviqqi o
dövrün əsl kəşfi oldu. O, moda aləmində böyük iz qoyan peşəkar
modellərdəndir. Həmin illərdə Tviqqi kimi görünməyə can atan qızlar
kütləvi şəkildə ən ağır pəhrizlər saxlamağa, hətta müxtəlif vasitələrlə
arıqlamağın yollarını axtarırdılar. Bu səbəbdən, 60 –ci illəri arıqlamaq
erası da adlandırmaq olar.

 

1970-cı illər

1970-ci
illərdə  çox arıq, düz qarınlı, cəlbedici ombalara sahib olan qızlar
populyarlıq qazanmışdı. Dəblə ayaqlaşan qızlar həmin dövrdə də pəhriz
saxlayır, cəlbedici ombalara sahib olmaq üçün idmanla məşğul olurdular.

 

1980-cı illər

1980-ci
illərdə idmançı bədəninə sahib olan qızlar diqqət çəkirdi. Bu bədən
quruluşu, əsasən, ABŞ-da formalaşmağa başlayıb. 80-cı illərdə sağlam
həyat tərzi sürən idmançılar xüsusilə populyar olub. Bütün qadınlar
idmançı bədən quruluşuna yiyələnməkdən ötrü trenajor zallarına
axışırdılar. 80-ci illərdə uzunayaqlı modellər də gözəllik etalonu hesab
olunurdu. Bunun üçün o dövrün bikini geyinmiş qızlarının fotoları
yadınıza salmaq kifayətdir.

 

1990-cı illər

1990-cı
illərdə idmançı bədənli qızlardan sonra anoreksiya xəstələrini
xatırladan qızlar dəbə daxil olub. Əlləri və ayaqları, belləri çox arıq,
qəmgin baxışlı qızlar moda dünyasını əla keçirmişdi. Keyt Moss və
Raynonu Rayder kimi modellər o dövrün seks-simvolları idi. Onlar indi də
bir çox müasir dizaynerlərin ilham pərisidir.

 

2000-ci illər

2000-ci
illərdə idman mövzusu yenidən gündəmə gəldi. 2000-ci illərdə qadın
gözəlliyinin əsas mahiyyəti ondan ibarət idi ki, qadınlar bikinidə
mükəmməl görünməli idi. Bu işdə ona idman yardım edirdi. Bu dövrün
parlaq nümayəndələrinə  "Victorias Secret”-in modellərini nümunə
göstərmək olar.

 

2010-ci illər

2010-cü
ildə incəbel və böyük ombalar dəbə mindi. Bunda Cennifer Lopezin xüsusi
rolu var. Məsələ ondadır ki, dünyanın əksər kişiləri Cenniferin bədən
quruluşuna heyrandır. Belə bədənə sahib olmaq üçün qadınlar həm plastik
yollara əl atır, həm də çox ağır məşqlər edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!