Qadına şiddət, yoxsa sevgi?

Qadına şiddət, yoxsa sevgi?
Qadın dünyası
10.09.2017 20
Ailə daxili şiddət ümumilikdə cəmiyyətin problemidir. Şiddət
deyildiyində ağıla ilk gələn fiziki və cinsəl şiddəttir. Qadına qarşı
şiddətdə ümumilikdə məqsəd qadın üzərində bir hakimiyyət qurmaqdır.
Qadına qarşı şiddəətlər arasında başqa şiddəatlər də var. Qadına şiddət
əsasən tək onu döyməkdən ibarət deyil. Elə kişilər var ki, döymədəndə,
yəni mənəvi şiddətlər də edərlər. Mənəvi şiddət qadını fiziki şiddət
kimi sarsıdır və içdən içə qadının özünə güvənini, insanlarla
ünsiyyətini, cəmiyyətlə əlaqələrini kəsməyə qədər gətirib çıxarır.
Şiddəti sadəcə fiziki şiddət olaraq görmək yerinə sözlü şiddətin də ən
az fiziki şiddət qədər ağır olduğunu bilməlidirlər.

Bəzi müşahidələrimdən, ətrafımda olanlardan və gördüklərimdən belə bir
düşüncəylə qarşılaşıram: Nəyə görə qadınlar? Nəyə görə hər zaman əzilən
onlardır? Nəyə görə söz haqqları yoxdur? Nəyə görə döyülüb alçalan onlar
olur? Bu sualları hər zaman verirəm ve bəzi düşüncəsi zəif olan
insanlara, xüsusən də qadınlar üzərində hakimiyyət qurmağa, onları bir
kölə kimi görməyə çalışan kişilərə çevrilirərək deyirəm.  Qadın, 
Allahın Quranda tərif edildiyi və ona enilən ayədir, Allah bu qədər
dəyər vermişkən sən hansi haqla onu əzməyə, haqqını əlindən almağa
çalışıran? Qadın səni  9 ay nə əziyyətlərlə qarnında gəzdirib Allahın
köməyi və izniylə səni dünyaya gətirəndir, qadın sənin həyat yoldaşın,
uşaqlarının anası, sənə, evinə, uşaqlarına heç bir şərt qoymadan,
yorulmadan, bezmədən xidmət edəndir. Həyatının çox hissəsini sizlərə
ayıran çox gözəl bir varlıqdır. Onun qarşılığıdırmı onun döyülməsi,
söyülməsi, hər kəsin içində alçaldılıb təhqir olunması, hətta ən betəri
hər kəsin ortasında bıçaqlanaraq öldürülməsi?  Və bundan da ən çox
əziyyət çəkən ailədəki uşaqlar olur.

Qadını, xüsusən də anaların alçaldılması zamanı atalar fikirləşmirlər
ki, mən gələcəyə tərbiyəli deyil, psixologiyası pozulmuş daha bir "mən”
yetişdirirəm? Bəli fikirləşmirlər, çünki, o halda sadece öz eqolari daha
irəlidə olur.

Mən yaxınlarda sizlərlə şahid olduğum bir hadisəni paylaşmaq istəyirəm.
Oğlum 1-ci sinif şagirdidi və bir gün sinifdə bir uşağın digər uşaqlara
şiddət göstərməsini eşitdim. Bəzi valideynlərdə uşağın məktəbdən
uzaqlaşdırılmasını istəmişlər. Hadisəni daha da yaxından müşahidə etmək
istədim və uşağın anasıyla təkbətək görüşüb danışdım və nələr eşitdim
nələr…  Sizcə 2,5 yaşındakı uşağın gözü qabağında ananın ata tərərfindən
bıçaqlanması, həm də bir deyil, 7 yerdən bıçaq zərbəsi alması bu uşaqda
necə iz buraxar? Burda günahkar uşaqdırmı? Əlbəttə ki, yox, onu
vəhşiləşdirən atadır. İnanın tək o deyil, onlarca, yüzlərcə, minlərcə
hətta milyonlarca elə qadınlarımız var. Çarəsiz, asılı halda olan
qadınlarımız. Boşanmalar, ayrılmalar üzündən öldürülən qadınlarımız,
yollarda sürüklənən, təhqir olunan qadınlarımız.Cinsi şiddət isə başqa
bir problemdir. Hər gün onlarca və yüzlərcə kiçik qizlara, gənc qızlara
təcavüzlərin şahidi olururq və bunu da edən yenə də insanoğludur (əgər
onlara insan deyilərsə). 

Sizcə belə bir düşüncə olarmı? Bir gənc qızın açıq geyiminə görə ona
təcavüz edilərmi və ya o qız öldürülərmi? Amma indiki cəmiyyətdə o da
olur, qadına baxıb nəfsinə hakim olmayıb onu öldürmək dərəcəsinə qədər
gələn insanlıqdan çıxmışlarda var çox  təəssüflər olsun. Qadının əxlaqı
onun geyimilə deyil, davranışı, ağlıyla ölçülməlidir. Ancaq çox təəssüf,
bunu başa düşməyən və o saat şiddətə al atan "kişilər”də var.

Günümüzdə bəzi  ataların və oğlanların belə bir düşüncəsi də var. Qadın, qız oxumaz və ya işləməz. Niyə? Ne üçün?

Qadın da bu cəmiyyətin üzvlərindən biridir, həm də önəmli varlıqlardan
biri. Onun da oxumağa, işləməyə, kariyer sahibi olmağa haqqı vardır.
Qadın tək ana və həyat yoldaşı deyil, qadının başqa şeylərə də sahib
olmağa haqqı var. Məsələn: qadın müəllimələrimiz, qadın yazarlarımız,
qadın nazirlərimiz, qadın həkimlərimiz  və s. və s.  Bunları gördükcə
insan çox fərəhlənir.  Amma çox təəssüf ki, bəzi  geri fikirli və
qadınlar üzərində hakimiyyət qurmaq istəyən kişilər bunu da çox görürlər
qadınlara və o haqqını da onun əlindən almağa çalışırlar.

Bir şeyi heç bir zaman unutmayaq, biz istərsək olar və gəlin hər zaman
hər tərərfdən özümüzü inikişaf etdirməyə çalışaq.  Bunun üçün
Universitet ve ya başqa yerləri oxumaq lazım deyil. İnternetdə
inkişafçün çox fürsətlər var,  dil kurslarımız var, kitab almağa gücümüz
çatmır ve ya çıxıb ala bilmirik, elektron kitablar var, onlardan
istifadə ederək özümüzü inkişaf etdirək.  Facebookda, İnstaqramda boş
zamanlar keçirmək yerinə özümüzə, inkişafımıza çalişaq.

Hər zaman qadın haqlarını qorumaq üçün birləşək, bir olaq, dəstək olaq, söz haqqının əlindən alınmasına imkan verməyək.

Qadın oyuncaq deyil, qadın Allahın önəm verdiyi ən gözəl məxluqdur,
qadın alət deyil, qadın həyat yoldaşıdır, anadır, kölə deyil, evinin
xanımıdır. Qadına şiddət deyil, sevgi verilməlidir. Çünki, sevgi en
gözəl dərmandır və ən gözəl müalicədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!