Dəb dünyasının yeni qanunu: Uyğunsuzluq!

Dəb dünyasının yeni qanunu: Uyğunsuzluq!
Qadın dünyası
10.09.2017 39
Sviter,
jaket və trikotaj paltarlar ilin bu soyuq vaxtında böyük populyarlığa
malikdir. Onun köməyilə soyuqdan qoruna, o cümlədən, nəfis obraz
yaratmağa nail ola bilərik.

 

Toxunma, uzun, qısa, rəngli və təkrəng sviterlərə payız-qış moda nümayişlərinin əksəriyyətində rast gəlinir.

 

Dizaynerlər orijinal görünmək həvəsində olan modapərəstlər üçün asimmetrik kəsimli sviterlər təklif edir.

 

Asimmetrik
kəsimli sviterlər də qış qarderobunda xüsusi yer tutur. Çünki
asimmetrik kəsimlər fərqli görünmək istəyən xanımların arzusunu
reallaşdırır.  Əgər asimmetrik və ya qeyri-adi kəsimlər: qolun olmaması,
köynəyin bir tərəfinin uzun, digərinin qısa olması bir zamanlar gülüş
hədəfinə çevrilirdisə, bu gün trend sayılır.

 

Dizaynerlərin
bir çoxu yeni geyim nümunələrinin yaradılması üçün bu üsuldan istifadə
edir. Stella Makkartni, Viktoriya Bekhem və modelyer Viktor Alfaronun da
kolleksiyalarının ana xəttini uyğunsuzluq, qeyri-adi kəsimlər təşkil
edir. Belə görünür ki, uyğunsuzluq müasir dəbdə hələ uzun müddət davam
edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!